“Azərsu” ASC ilə AzMİU arasında əməkdaşlıq uğurla davam edir
18.02.2015 [11:20]
Memarlıq və İnşaat Universitetində su təchizatı problemləri üzrə elmi-tədqiqat və tədris laboratoriyasının açılışı olub
Fevralın 17-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) dəstəyi ilə yaradılmış Su təchizatı problemləri üzrə elmi-tədqiqat və tədris laboratoriyasının açılışı olub. Açılış mərasimində çıxış edən AzMİU-nun rektoru, professor, millət vəkili Gülçöhrə Məmmədova müasir laboratoriyanın yaradılmasını universitetin tarixində əlamətdar hadisə kimi qiymətləndirərək bunu “Azərsu” ASC ilə uğurlu əməkdaşlığın bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasının başlıca vəzifə olduğunu xatırladan rektor yeni yaradılmış laboratoriyanın təhsilin inkişafına töhfə verəcəyini diqqətə çatdırıb.
“Azərsu” ASC-nin Elm, texnika və xarici əlaqələr şöbəsinin rəisi Çingiz Abdullayev 2012-ci ildə AzMİU ilə “Azərsu” ASC arasında imzalanmış müqavilədən irəli gələn məsələlərin uğurla icra edildiyini xatırladıb. Qeyd olunub ki, ötən dövrdə “Azərsu” ASC və AzMİU-nun təşkilatçılığı ilə birgə tədbirlər keçirilib, universitetin tələbələri “Yay məktəbi”, istehsalat təcrübələrinə cəlb olunub, “Təqaüd Proqramı”nın imkanlarından faydalanıblar.
Sonra Su təchizatı problemləri üzrə elmi-tədqiqat və tədris laboratoriyasının açılışını bildirən rəmzi lent kəsilib. “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasının müdiri Elşən Nəzərov yeni yaradılmış laboratoriya barədə ətraflı məlumat verərək bildirib ki, bu sahədə “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasının təcrübəsi əsas götürülüb. Laboratoriyada Almaniya, ABŞ və digər ölkələrin beynəlxalq səviyyədə tanınmış şirkətlərinin avadanlıqları və cihazları quraşdırılıb. Bu cihaz və avadanlıqların köməyi ilə içməli su və tullantı sularının fiziki-kimyəvi göstəricilərini təyin etmək, operativ, dəqiq və etibarlı analizlər aparmaq mümkün olacaq. Hazırda laboratoriyada quraşdırılmış cihaz və avadanlıqlar içməli su və tullantı sularının 40-dək göstəricisini təyin etməyə imkan verir. “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyası tərəfindən kadr hazırlığı sahəsində müvafiq tədbirlər də həyata keçiriləcək.
Tədbirdə çıxış edən AzMİU-nun əməkdaşları professor Fəqan Əliyev, dosent Asif Kəngərli yeni yaradılan laboratoriyanın imkanlarından bəhs edərək bildiriblər ki, burada müəllimlərin elmi tədqiqat işləri aparması, tələbələrin isə tədqiqat prosesləri ilə əyani tanış olması üçün hər cür şərait var. Universitetin rəhbərliyi və müəllimlər Su təchizatı problemləri üzrə elmi-tədqiqat və tədris laboratoriyasının yaradılmasında göstərilən dəstəyə görə “Azərsu” ASC-nin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
NADİR
Xəbər lenti
Hamısına baxElm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18

