Tərcümə Mərkəzi hesabat verib
06.11.2014 [09:49]
Noyabrın 5-də Beynəlxalq Mətbuat Mərkəzində Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə Tərcümə Mərkəzinin aparat rəhbəri Yaşar Əliyev mərkəzin strukturu, gördüyü işlər, qarşıda duran vəzifələr barədə geniş məlumat verib. Bildirilib ki, Tərcümə Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 may tarixli Sərəncamına əsasən yaradılıb. Cari ilin avqust ayından Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi kimi fəaliyyətə başlayıb. Mərkəz tərcümə olunan materiallarda Azərbaycan dilinin düzgün işlədilməsi ilə bağlı ölkədaxili və beynəlxalq müstəvidə ictimai-siyasi, elmi-texniki, ədəbi-mədəni mübadilələrin və əlaqələrin dil və tərcümə baxımından tənzimlənməsi, ölkə üzrə tərcümə prosesinin elmi, texniki, tibb, hüquq və digər sahələrdə təşkili və təkmilləşməsi işinə nəzarəti həyata keçirən orqanıdır.
Y.Əliyev bildirib ki, qurumun yeni nəşrləri “Tərcümə Mərkəzinin kitabları” seriyasında çap ediləcək. Artıq Xuan Rulfonun “Pedro Paramo”, Matilda Urrutianın “Pablo Nerudayla yaşanan ömür” kitabları nəşr edilib. Yaxın günlərdə isə Ernest Heminqueyin “Qadınsız kişilər”, Akutaqava Rünoskenin “Tanrıların istehzası”, Fyodor Dostoyevskinin “Povest və hekayələri”, sufi mətnlərindən seçmələr - “Xilas yolunun yolçuları”, “Bəşəri poeziya” və s. kitablar işıq üzü görəcək.
Mərkəz tərəfindən təsis edilən “Dəf(i)nə yarpağı” bədii tərcümə mükafatı iki ildən bir nəsr və poeziya üzrə Azərbaycan dilinə tərcümə edilmiş əsərlərə veriləcək.
Konfransda ölkədə tərcümə sahəsinin vəziyyəti, problemlər və onların həlli yolları barədə ətraflı danışılıb.
Daha sonra mərkəzin rəsmi saytının (aztc.gov.az) və həftəlik mətbu orqanı olan “Aydın yol” qəzetinin saytının (www.aydinyol.az) təqdimatı olub.
Sonda jurnalistlərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

