Nərimanov rayonunda yüksək bal toplamış tələbələrlə görüş keçirilib
18.09.2014 [09:56]
Sentyabrın 17-də Nərimanov rayon İcra Hakimiyyətinin akt zalında rayon təhsil müəssisələrinin 2013-2014-cü tədris ilində qazandığı uğurlar müzakirə edilib və yüksək balla ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələrlə görüş keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, təhsil müəssisələrinin müəllimləri və tələbə adını qazanmış gənclər, valideynlər, həmçinin rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri və gənclər iştirak ediblər.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin İcra Hakimiyyəti binasının foyesindəki büstü önünə gül dəstələri qoyulub və xatirəsi ehtiramla yad edilib.
Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tədbir iştirakçılarını yeni dərs ilinin başlanması münasibətilə təbrik edib. Qeyd edilib ki, müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Ulu öndər Heydər Əliyevin milli təhsil quruculuğu sahəsində başladığı islahatlar bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda təhsil dövlətimizin başçısının daim himayəsi altındadır. Bildirilib ki, 2013-2014-cü tədris ili ərəfəsində Nərimanov rayonundakı 47 nömrəli tam orta məktəb əsaslı təmir olunub, 207 nömrəli tam orta məktəb üçün isə 280 yerlik 14 sinif otağı, kitabxanası, akt və idman zalları olan dördmərtəbəli əlavə korpus tikilib.
İcra başçısı deyib ki, qazanılan uğurlar hər şeydən əvvəl özünü ali məktəblərə qəbulun dinamikasında, yüksək bal toplayan tələbələrin sayının artmasında göstərir. 2013-2014-cü tədris ilində məktəbi bitirənlərin sayı 3971 nəfər olub. Beş şagird məktəbi qızıl medalla bitirib. 2014-cü ildə ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan şagirdlərin sayı 65 nəfər olub. Onlardan 17 nəfəri 650-dən yuxarı bal toplayıb, 2 tələbə isə Prezident təqaüdünə layiq görülüb.
Milli Məclisin deputatları Adil Əliyev və Rasim Musabəyov qeyd ediblər ki, son vaxtlar Azərbaycan təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılması üçün xeyli iş görülüb. Dövlətimizin başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsilin inkişafına göstərdikləri müntəzəm diqqət və qayğı sayəsində yeni məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-tədris bazalarının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi, ümumi təhsil sistemində müxtəlif istiqamətlər üzrə islahatların aparılması təhsilimizin uğurlu gələcəyinə inamı artırır.
Digər çıxışçılar tələbə adını qazanmış gəncləri təbrik edərək onlara təhsillərində uğurlar arzulayıb, ölkəmizdə təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Görüşdə Nərimanov rayon İcra Hakimiyyəti adından təhsildə fərqlənmiş, qəbul imtahanlarında yüksək nəticələr əldə edərək ali məktəblərə qəbul olunmuş məzunlara fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

