Bilik Fondunda yerli və xarici ziyalılarla görüş
03.09.2014 [10:07]
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda daha bir görüş keçirilib.
Fondun informasiya təminatı sektorundan AzərTAc-a bildiriblər ki, görüşdə Himayəçilər Şurasının üzvləri, Azərbaycanın və Gürcüstanın tanınmış elm xadimləri, Milli Məclisin deputatları iştirak ediblər.
Tədbirdə çıxış edən akademik Kamal Abdullayev hazırda Prezident İlham Əliyevin tapşırığı əsasında “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici aksiyadan danışıb. Bildirib ki, bu böyük aksiyanın davamı olaraq Bilik Fondunun “İlboyu bilik” layihəsi Azərbaycanın bütün bölgələrində həyata keçiriləcək. “Ölkəmizi tanıyaq” layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Fondun “Qardaşlaşmış məktəblər” proqramının da məqsədi bu çərçivədə bölgələrdə yaşayan yeniyetmələr arasında “bilik körpusu” yaratmaqdır.
Milli Məclisin deputatı, professor Sahibə Qafarova Bilik Fondunun fəaliyyət dairəsinin genişliyindən danışıb. O, Bilik Fondunun həyata keçirdiyi layihələrin bütün ictimaiyyəti əhatə edəcəyinə əminliyini bildirib. Vurğulayıb ki, bununla yanaşı, Azərbaycan elminin, mədəniyyətinin, incəsənətinin və tarixinin beynəlxalq miqyasda daha da dərindən tanıdılması və təbliği Fondun qarşısında duran mühüm vəzifələrdəndir.
Tbilisi Dövlət Universitetinin professoru David Qotseridze Azərbaycanda belə bir qurumun yaradılmasını alqışlayıb və onun həm də ölkələrimiz arasındakı mədəni, elmi əlaqələrin inkişafında böyük xidmətləri olacağına əminliyini bildirib. D.Qotseridze Bilik Fondunun xətti ilə Gürcüstanda “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda elmi konfransın keçirilməsini, orada yaşayan azərbaycanlıların da həmin konfransa cəlb olunmasını təklif edib.
Görüşdə Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, professor Etibar Nəcəfov, həmçinin Nailə İslamzadə, Böyükağa Məmmədov, Aqşin Rüstəmov çıxış edərək Bilik Fonduna bu məsuliyyətli işdə uğurlar arzulayıb və əllərindən gələn köməyi əsirgəməyəcəklərini bildiriblər.
Diqqətə çatdırılıb ki, Bilik Fondu sentyabrın 8-dən “İlboyu bilik” layihəsinə start verəcək. Layihə çərçivəsində “Qardaşlaşmış məktəblər” və respublikanın bütün şəhər və rayonlarında yerli ziyalıların iştirakı ilə “İlk dərs” proqramları həyata keçiriləcək. Bununla yanaşı, Bilik Fondu “Dini abidələrdə tarixin izləri”, “Auditoriya +”, “Yaradıcılıq fakültəsi”, “Ustad və şəyird” kimi maraqlı layihələrə də başlayıb.
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32

