“Hüquqi aspektləri ilə Dağlıq Qarabağ münaqişəsi” kitabı Türkiyədə yenidən işıq üzü görüb
15.08.2014 [10:25]
Türkiyədə “Hüquqi aspektləri ilə Dağlıq Qarabağ münaqişəsi” kitabının ikinci nəşri çapdan çıxıb.
AzərTAc xəbər verir ki, Ankara Dövlət Universitetinin hüquq fakültəsinin müəllimi, dosent Cavid Abdullazadə tərəfindən qələmə alınmış kitabda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın və Ermənistanın əsas iddiaları müasir beynəlxalq hüququn prinsipləri əsasında dəyərləndirilir. Müəllif Dağlıq Qarabağ münaqişəsinin müasir hüququn norma və prinsipləri əsasında dəyərləndirilməsini dörd əsas istiqamət üzrə aparır.
“Dağlıq Qarabağ münaqişəsinin tarixi aspekti” adlandırılan birinci fəsildə problemin mahiyyətindən və yaranma səbəblərindən bəhs olunur. Bu fəsildə müəllif Ermənistan tərəfinin iddialarının əsassız olduğunu bir daha açıb göstərmək məqsədilə Qarabağın tarixi ilə bağlı müfəssəl məlumat verir. Bölgənin Rusiya imperiyasının tərkibinə qatılmasından əvvəlki və sonrakı dövrlər iki alt bölmədə təqdim olunur. Həmçinin imperiyanın süqutundan sonra Cənubi Qafqazda yaranan müstəqil respublikalar barədə söhbət açılır. Birinci fəslin sonunda Dağlıq Qarabağın hüquqi termin kimi ilk dəfə işlənməyə başlandığı və statusunun müəyyənləşdirildiyi, 1988-ci ildə yenidən gündəmə gətirildiyi sovet dövrü, məsələnin silahlı münaqişəyə, sonra isə müharibəyə çevrildiyi postsovet dönəmi haqqında məlumatlar yer alır.
Kitabın “Dağlıq Qarabağ münaqişəsinin daxili hüquq aspekti” adlı ikinci fəslində Dağlıq Qarabağın konstitusion statusu, 1977-ci il SSRİ Konstitusiyasının muxtar vilayətə ayrılma hüququ verib-verməməsi, belə bir hüquq üçün Konstitusiyadan kənar qanuni bir əsasın olub-olmaması məsələləri araşdırılır. Müəllif konkret fakt və dəlillərlə belə bir hüquqi əsasın mövcud olmadığını bir daha sübuta yetirir.
Nəşrin “Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq aspekti” adlı üçüncü fəslində problemin həlli ilə bağlı başlıca yanaşmalar - “ərazi bütövlüyü” və “öz müqəddəratını təyinetmə” beynəlxalq hüquq prinsipləri əsasında dəyərləndirilir. Dağlıq Qarabağ münaqişəsi son dövrlərdə yaşanan Kosovo və Krım hadisələri kontekstində araşdırılır. Bundan başqa, Ermənistan tərəfinin de-fakto dövlət və insan hüquqlarının kobud şəkildə pozulması (remedial seccession) səbəbindən ayrılma hüququ iddialarının tam əsassız olduğu ortaya qoyulur.
“Dağlıq Qarabağ münaqişəsində Ermənistanın rolunun hüquqi cəhətləri” adlı dördüncü fəsildə isə münaqişədə Ermənistanın rolu, məsuliyyəti və bu kimi digər məsələlərə aydınlıq gətirilir. İşğalçı ölkənin hüquqazidd olaraq gücdən istifadə etməsinin münaqişənin həllində “öz müqəddəratını təyinetmə” prinsipinin tətbiqinə imkan vermədiyi diqqətə çatdırılır. Eyni zamanda, Azərbaycanın münaqişənin həlli ilə bağlı güc tətbiq etməsinin mümkünlüyü beynəlxalq hüquq aspektindən sübuta yetirilir. Xüsusilə ölkəmizin bu gün münaqişənin hərbi yolla həllinə dair səsləndirdiyi bəyanatlar da özünümüdafiə hüququ çərçivəsində şərh olunur, Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində atəşkəs rejimini mütəmadi olaraq pozmasının Azərbaycana belə bir hüquq verdiyi əsaslandırılır.
“Hüquqi aspektləri ilə Dağlıq Qarabağ münaqişəsi” kitabının müəllifi Cavid Abdullazadə 1971-ci ildə Azərbaycanın Ağsu rayonunda anadan olub və buradakı 1 nömrəli orta məktəbi bitirib. O, 1989-1991-ci illərdə sovet ordusunun sıralarında hərbi xidməti başa vurduqdan sonra təhsil almaq üçün Türkiyəyə gedib. C.Abdullazadə 1992-1996-cı illərdə Ankara Dövlət Universitetinin hüquq fakültəsində bakalavr, 1996-1998-ci illərdə magistratura pillələrində təhsil alıb. Həmyerlimiz 1998-2003-cü illərdə “Beynəlxalq hüquqda dəniz yolu ilə daşınmalardan qaynaqlanan neft çirklənməsi” mövzusunda elmi işi ilə doktoranturada təhsilini başa vurub. Ankara Dövlət Universitetindəki elmi fəaliyyətinə 1998-ci ildə başlayan C.Abdullazadə 2014-cü ildə beynəlxalq hüquq sahəsində imtahanı uğurla verərək dosent adını alıb. Bir kitabın və beynəlxalq elmi jurnallarda yayımlanan çoxsaylı məqalələrin müəllifidir. Azərbaycanın hökumət sistemi, Xəzərin hüquqi statusu ilə bağlı məqalələri Türkiyədə və beynəlxalq jurnallarda dərc edilib. C.Abdullazadənin “Beynəlxalq müqavilələrin Azərbaycanın hüquq sistemində yeri və tətbiqi problemləri” (The Status of International Treaties in the Legal System of Azerbaijan) sərlövhəli məqaləsi isə beynəlxalq indeksli “Review of Central and East European Law” jurnalında yer alıb.
Xəbər lenti
Hamısına baxSiyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:52
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20

