Ölkəmizin qərbindən şimalına doğru
14.08.2014 [09:35]
Avqustun 13-də səhər tezdən Şəmkir şəhərindəki Heydər Əliyev parkının qarşısında böyük canlanma yaşanıb.
AzərTAc xəbər verir ki, “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Quba-Qusar-Xaçmaz marşrutunun iştirakçıları olan şəmkirli şagirdləri yola salmaq üçün rayon rəhbərliyi ilə yanaşı, təhsil işçiləri, valideynlər də toplaşıblar. Hər birinin çöhrəsindən təbəssüm oxunan məktəblilər sevinclərini ətrafdakılarla bölüşüblər.
Düyərli kənd 2 nömrəli orta məktəbin XI sinif şagirdi Nərmin Məsimova sevincini bu sözlərlə ifadə edib: “Eşidəndə ki, belə bir aksiya keçirilir, mənim də həmin qrupun tərkibində olacağıma şübhəm qalmadı. Ona görə ki, təhsil aldığım illər ərzində yalnız “Əla” qiymətlərlə oxuyub, sinif yoldaşlarıma nümunə göstərilmişəm. Arzum ölkəmizin digər regionlarını da görmək olub. Artıq arzuma çatıram. Bu gün Azərbaycanın dilbər guşələrindən olan Quba, Qusar və Xaçmaz rayonlarına yola düşürük. Bu imkanı bizə yaradan Prezidentimiz İlham Əliyevə minnətdarlığımı bildirirəm”.
Əllərində üçrəngli Azərbaycan bayrağı dalğalandıran digər şagirdlər də Nərminin ürək sözlərinə qoşularaq bu işin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Quba-Qusar-Xaçmaz marşrutu ilə ekskursiyaya yola düşən Şəmkir məktəblilərindən ibarət qrupun rəhbəri, rayon təhsil şöbəsinin metodisti Ceyhun Məmmədov isə belə deyib: “Dövlətimizin başçısının tapşırığı ilə həyata keçirilən bu aksiya yetişməkdə olan nəsil üçün çox əhəmiyyətlidir. Şagirdlər gündən-günə çiçəklənən ölkəmizin hər guşəsini yaxşı tanımalıdırlar. Budur, 40 nəfər şagirdimiz Quba-Qusar-Xaçmaz marşrutu üzrə hərəkət edəcək. Biz Qusarda televiziya vasitəsilə izlədiyimiz “Şahdağ” Qış-Yay Turizm Kompleksinə gedəcək, Qubanın Xınalıq yolundakı şəlaləyə baxacaq, Xaçmazda bir sıra tarixi-memarlıq abidələri ilə tanış olacağıq. Söz yox ki, bütün bunlar şagirdlərimizə Vətənimizin dilbər guşələri haqqında daha geniş məlumat əldə etməyə imkan verəcək”.
Çox keçmədən mərasim iştirakçılarının xeyir-duası ilə Quba-Qusar-Xaçmaz marşrutu ilə tur-aksiyada iştirak edən şəmkirli məktəblilər avtobusa əyləşərək yola düşüblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Gündəm
14 İyul 11:13
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14

