Azərbaycan dövlətinin belə yüksək inkişafı hər bir azərbaycanlıda haqlı qürur doğurur
08.08.2014 [09:35]
Yaroslavlda yaşayan azərbaycanlı gənc Könül Əliyeva: Xaricdə yaşayan azərbaycanlılar dövlətimizin dəstəyini daim hiss edir və bu, bizə daha da güc verir
Rusiyanın Yaroslavl şəhərində yaşayan azərbaycanlı gənclər bu günlərdə redaksiyamızın qonağı olub. Yaroslavl Dövlət Tibb Akademiyasının tələbəsi Könül Əliyeva əməkdaşımızla söhbətində bu şəhərdəki Azərbaycan diasporunun fəaliyyəti, şəhər sakinlərinin azərbaycanlılara münasibəti, həmçinin, ölkəmizin və paytaxt Bakının inkişafı ilə bağlı fikirlərini bölüşüb. K.Əliyeva deyib ki, Rusiyada yaşasa da, Azərbaycanda baş verən prosesləri daim izləyir, ölkəmizdəki dostları ilə ünsiyyət qurur.
Hər il Bakıya gəldiyini deyən K.Əliyeva vurğulayıb ki, hər gəlişində paytaxtımızın xeyli dərəcədə gözəlləşdiyinin, müasirləşdiyinin şahidi olur: “Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Bakı onsuz da gözəl idi, amma son illərdə aparılan işlər, yeni tikililər şəhərə daha da ecazkarlıq, gözəllik qatır. Bizim akademiyada bir çox ölkədən, dünyanın başqa-başqa şəhərlərindən tələbələr təhsil alır. Onlar da bizim şəhərimizə heyrandırlar. Ümumiyyətlə, Azərbaycan dövlətinin belə yüksək inkişafı hər bir azərbaycanlıda haqlı qürur doğurur. Biz, xaricdə yaşayan azərbaycanlılar da harada olmağımızdan asılı olmayaraq, dövlətimizin dəstəyini daim hiss edirik və bu, bizə daha da güc verir. Azərbaycan kimi inkişaf edən, müasirləşən, beynəlxalq proseslərdə fəal rol oynayan güclü bir dövlətin vətəndaşı olmaq çox böyük xoşbəxtlikdir”.
Yarsolavl şəhərində güclü Azərbaycan diasporunun formalaşdığını söyləyən Könül Əliyeva vurğulayıb ki, hər il əlamətdar günlər, bayramlar münasibətilə diaspor təmsilçilərimiz müxtəlif tədbirlər keçirirlər. Bu tədbirlərdə Azərbaycan icmasının nümayəndələri ilə yanaşı, yerli sakinlər, həmçinin, bir sıra digər xalqların da nümayəndələri iştirak edirlər: “Xüsusən, milli bayramlarımız, müstəqillik günündə, həmçinin, Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə keçirilən tədbirlərdə çox böyük kontingent iştirak edir. Onu da deyim ki, Yaroslavl şəhərinin ictimaiyyətindən də həmişə xoş münasibət görürük. Oradakı tələbələr bizim ölkəmizlə maraqlanır, sevgilərini ifadə edirlər”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan K.Əliyevanın sözlərinə görə, bu, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün bir nömrəli məsələdir: “İnformasiya cəmiyyətinin belə yüksək inkişaf etdiyi müasir dövrdə təbliğat işinin təşkili, dövlətimizin haqq səsinin dünyaya çatdırılması olduqca vacib məsələdir. Dünya erməniləri hansı tədbirdə iştirak edirlərsə, hansı mühitdə olurlarsa, orada dövlətimiz və xalqımız əleyhinə təbliğat aparırlar. Bizim isə birinci vəzifəmiz onların yalanlarını ifşa etmək, əsl həqiqətləri ifadə etməkdir. Müharibə təkcə döyüşlərdə, cəbhədə qazanılmır. Düşmənə qarşı hər yerdə mübarizə aparmalı, hər yerdə qələbələr qazanmalıyıq”.
Gələcəklə bağlı planlarından da danışan K.Əliyeva vurğulayıb ki, hazırda əsas məqsədi ali təhsilini uğurla başa vurub, dövlətimizə, xalqımıza xidmət etməkdir: “Hazırda akademiyada ali təhsilimi davam etdirirəm. Ali təhsilimi başa vurduqdan sonra əlbəttə ki, Azərbaycana qayıdıb burada çalışmaq istərdim. Çünki Azərbaycan hazırda kifayət qədər inkişaf edib, ölkəmizdə müasir standartlara cavab verən səhiyyə sistemi mövcuddur. Mən də bu sahəyə göstərilən diqqət və qayğıdan faydalanaraq xalqımıza, vətəndaşlarımıza xidmət etmək istərdim. Amma Rusiyada, ya da başqa bir ölkədə yaşamaq imkanım olsa da, orada da Azərbaycanı ən yaxşı səviyyədə təmsil etməyə çalışacam”.
AQŞİN
Xəbər lenti
Hamısına baxMüsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24

