“Təmiz Binəqədi” layihəsi çərçivəsində bir çox işlər həyata keçirilib
07.08.2014 [09:49]
“Bakı 2015 Avropa Oyunları”na hazırlıq məqsədilə Bakının Binəqədi rayonunda həyata keçirilən “Təmiz Binəqədi” layihəsi çərçivəsində artıq bir çox işlər həyata keçirilib. Bu barədə Binəqədi rayon İcra Hakimiyyətindən məlumat verilib.
Belə ki, layihə çərçivəsində könüllü gənclərdən ibarət qrupla görüş keçirilib, tərkibində 40 nəfər olan mobil könüllü qrup yaradılıb. Daha sonra 9-cu mikrorayon, Adil Məmmədov küçəsində yeni istirahət parkı açılıb. Rayonun bütün Sahə İnzibati Ərazi dairələrində “Təmiz Binəqədi” layihəsi çərçivəsində təmizlik işlərinin aparılma sürəti intensivləşdirilib. Bu məqsədlə məişət tullantıları atılan ərazilər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən dezinfeksiya edilib.
Layihənin insanlar arasında təşviq edilməsi məqsədilə idarə və müəssisələrdə çalışan əməkdaşların avtomobillərinin üzərinə “Təmiz Binəqədi” posterləri vurulub, rayon ərazisindəki yerüstü keçidlərdə “Təmiz Binəqədi” layihəsinə start verilməsi ilə bağlı posterlər asılıb və Bakı-Sumqayıt yolunun rayon ərazisinə düşən hissəsində “Təmiz Binəqədi” layihəsinə uyğun işıqlı lövhələr quraşdırılıb. Bundan əlavə, sosial şəbəkələrdə əhalinin maarifləndirilməsi ilə əlaqədar olaraq, könüllü gənclər tərəfindən videoçarxlar hazırlanıb.
Bununla yanaşı, “Təmiz Binəqədi” layihəsi çərçivəsində təmizlik aksiyası keçirilib. Həmçinin, layihə çərçivəsində “Polietilensiz gün” devizi altında aksiya keçirilib. Binəqədi rayon İcra Hakimiyyəti və “Azərsun Holdinq” MMC-nin Azərbaycan Kağız və Karton İstehsalatı Kombinatının birgə təşəbbüsü ilə 9-cu mikrorayon, Adil Məmmədov küçəsində reallaşdırılan sosial aksiya zamanı ərazi polietilen tullantılar və plastik qablardan təmizlənib. Təmizlik işlərindən sonra toplanan polietilen tullantılar təkrar emala göndərilib.
Layihə barədə gənclərin fikir və təkliflərini dinləmək məqsədilə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun Binəqədi rayonunun fəal gəncləri və “Təmiz Binəqədi” layihəsinin könüllü gəncləri ilə görüşü keçirilib.
“Təmiz Binəqədi” layihəsi çərçivəsində həyata keçirilən növbəti aksiya isə Binəqədi rayonu, A.Kunanbayev küçəsini və 7-ci mikrorayonun bir hissəsini əhatə edib. “HB.Co.LTD” şirkətinin təşəbbüsü ilə təşkil olunmuş aksiyanın iştirakçıları ərazinin müxtəlif məişət tullantılarından təmizlənməsi, qurumuş kolların ərazidən götürülməsi, ağaclara qulluq edilməsi, ərazidə olan polietilen torbaların yığılması və s. kimi təmizlik işlərində yaxından iştirak ediblər.
Bundan əlavə, layihə çərçivəsində təmizlik aksiyası keçirilib. 8-ci mikrorayonda Şövkət Məmmədova küçəsindən başlayan, İbrahimpaşa Dadaşov küçəsində davam edən və Nizami Nərimanov küçəsində yekunlaşan təmizlik aksiyası zamanı ərazi tullantılardan təmizlənib.
Layihə çərçivəsində keçiriləcək “Ən təmiz obyekt”, “Ən təmiz uşaq bağçası”, “Nümunəvi səhiyyə müəssisəsi”, “Ən təmiz məktəb”, “Ən təmiz Mənzil-Kommunal İstismar Sahəsi ərazisi”, “Ən təmiz fərdi ev” müsabiqəsi elan olunub.
NADİR
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58

