/ / Gəncədə baş vermiş təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılması Azərbaycan Prezidenti İlham Əliyevin tam nəzarətindədir
Gəncədə baş vermiş təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılması Azərbaycan Prezidenti İlham Əliyevin tam nəzarətindədir
14.06.2014 [10:37]
Gəncə şəhər İcra Hakimiyyəti başçısının və şəhərin rəhbər orqanları nümayəndələrinin iştirakı ilə iyunun 10-da baş vermiş təbii fəlakətdən ziyan çəkmiş sakinlərlə görüş keçirilib.
AzərTAc xəbər verir ki, görüşdə çıxış edən Elmar Vəliyev güclü qasırğa ilə müşayiət olunan leysan yağışlarının şəhərə böyük ziyan vurduğunu diqqətə çatdıraraq deyib ki, təbii fəlakət minlərlə evin dam örtüyünü sıradan çıxarıb, yüzlərlə nəhəng ağacı aşırıb, onlarla avtomaşına, eləcə də bir neçə insana xəsarət yetirib. Təbii fəlakətdən sonra dərhal şəhər İcra Hakimiyyətində qərargah yaradılıb, çıxılmaz vəziyyətdə qalmış vətəndaşlara təcili olaraq yardımlar edilib. Baş vermiş fəlakətlə bağlı fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin rəhbərliyi ilə bir qrup mütəxəssis Gəncəyə ezam olunub. Hazırda onlar vətəndaşlara dəymiş ziyanın müəyyənləşdirilərək sənədləşdirilməsi ilə məşğuldurlar. Buna baxmayaraq təcili təmirə ehtiyacı olan 20-dək çoxmərtəbəli binanın, 30-dək fərdi evin dam örtüyünün dəyişdirilməsinə başlanılıb.
Baş vermiş təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılmasının Azərbaycan Prezidenti İlham Əliyevin tam nəzarətində olduğunu bildirən şəhər icra hakimiyyətinin başçısı onu da əlavə edib ki, dövlətimizin başçısı bu məqsədlə sakinlərə hər cür kömək göstərilməsi üçün müvafiq göstərişlər verib. Hazırda şəhərin, eləcə də respublikamızın əlaqədar təşkilatları səfərbərliyə alınaraq bütün qüvvələr təbii fəlakətin törətdiyi dağıntıların tezliklə aradan qaldırılmasına yönəldilib. Ziyan çəkmiş hər bir şəhər sakini əmin ola bilər ki, o, dövlətin qayğısından kənarda qalmayacaq.
Sonra söz təbii fəlakətdən ziyan çəkmiş sakinlərə verilib. Nərimanov prospektinin sakini Zahid Qurbanov, Puşkin küçəsində yaşayan Mürsəl Orucov, Əziz Əliyev küçəsinin sakini Arifə Qasımova və başqaları çıxış edərək təbii fəlakət nəticəsində yaşadıqları evlərin qəzalı vəziyyətə düşməsindən danışıb və dövlətdən kömək istəyiblər.
Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev həmin vətəndaşlara bildirib ki, narahatlığa heç bir əsas yoxdur. Ziyan dəymiş bütün evlər bərpa ediləcək.
Görüşdə çıxış edən sakin Samir Pişnamazzadə qısa vaxt ərzində evinin dam örtüyünün dəyişdirilməsinə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Samirə Səfərəliyeva isə təbii fəlakət zamanı yıxılan ağacın altında qalan körpəsinin müalicəsi üçün yardıma ehtiyacı olduğunu bildirib və onun xahişi müsbət həll olunub.
Görüş zamanı salonda qoyulmuş böyük monitorda təbii fəlakət zamanı ziyan dəymiş bütün evlərin fotoşəkilləri də nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32

