Nərimanov rayonunda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə bayram tədbiri keçirilib
14.06.2014 [10:32]
Nərimanov rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatı 15 İyun - Milli Qurtuluş Günü münasibətilə bayram tədbiri keçirib. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Abdin Fərzəliyev 15 İyun-Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışaraq bildirib ki, qədirbilən xalqımız birləşərək ölkəni bürümüş acınacaqlı vəziyyətə qarşı məntiqli, iradəli gücünü ortaya qoyaraq təkidlə bu dahi şəxsiyyətin hakimiyyətə qayıdışını tələb edib. “1993-cü ilin iyun ayında ölkədə böhran ən acınacaqlı həddə çatmışdı. Bu anda xalqı vətəndaş qarşıdurmasından, səfalətdən, ölkəni parçalanmaq təhlükəsindən xilas etmək gücündə olan bir insan - Heydər Əliyev xalqına və dövlətinə sahib çıxıb. Bugünkü əmin-amanlıq, sabitlik, iqtisadi inkişaf üçün böyük fədakarlıqlar edən Ulu öndər Heydər Əliyev belə bir ağır məsuliyyəti üzərinə götürərək hakimiyyətə qayıdıb, uzaqgörən və müdrik siyasəti ilə Azərbaycan xalqını düçar olduğu böhranlı vəziyyətdən xilas edib” - deyə, YAP Siyasi Şurasının üzvü qeyd edib.
Tədbirdə Milli Məclisin deputatı Rasim Musabəyov çıxış edərək 1993-cü ilin iyun hadisələri zamanı parlamentdə çalışdığını və hadisələrin canlı şahidi olduğunu bildirib. O dövrün siyasi mənzərəsini ümumi şəkildə təsvir edən R.Musabəyovun sözlərinə görə, həmin vaxt hamı anlayırdı ki, belə gərgin vəziyyəti yalnız Heydər Əliyev aradan qaldıra bilər: “Məhz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra problemləri həll edərək Azərbaycanı inkişaf yoluna çıxardı. Bizim də vəzifəmiz müstəqil dövlətimizi qorumaq və daha da inkişaf etdirməkdir”.
Odlar Yurdu Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyev deyib ki, 1991-ci ildə Azərbaycan xalqı Sovet imperiyasından rəsmən azad olsa da, dövlət müstəqilliyinin qorunub saxlanılması Ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə yenidən qayıdışı ilə reallaşıb.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev çıxışında bildirib ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə ölkədə qardaş qırğınının qarşısı alındı, mövcud problemlərin aradan qaldırılması istiqamətində vacib addımlar atılmağa başlanıldı. Onun sözlərinə görə, bu gün Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı yeni zirvələrə daşıyır.
“91-lər” hərəkatının üzvü, Elmi Tədqiqat və Tibbi Bərpa İnstitutunun direktoru Əlişir Musayev qeyd edib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf siyasəti, respublikamızda bütün sahələri əhatə edən inkişaf dinamikası, beynəlxalq arenada əldə olunan yüksək nailiyyətlər hazırda Ulu öndərin siyasi kursunun ən layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonda rayonun ictimai-siyasi, sosial-mədəni həyatında fəal xidmətləri ilə fərqlənən şəxslərə rayon İcra Hakimiyyətinin fəxri fərman və hədiyyələri təqdim olunub. Bayram tədbiri tanınmış incəsənət ustalarının ifasında rəngarəng konsert proqramı ilə davam etdirilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51

