/ / Gülşad Məmmədova: Güclü küləyə səbəb Qara dəniz üzərindən hərəkət edən aktiv siklonun ölkəmizə daxil olmasıdır
Gülşad Məmmədova: Güclü küləyə səbəb Qara dəniz üzərindən hərəkət edən aktiv siklonun ölkəmizə daxil olmasıdır
10.06.2014 [15:10]
Xəbər verildiyi kimi, iyunun 8-də güclü külək Göygöl və Zərdab rayonlarında ciddi fəsadlar törədib. Belə ki, qısamüddətli külək Zərdab rayonunun İsaqbağı, Böyük Dəkkə, Qaravəlli kəndlərində, həmçinin, digər ərazilərdə yaşayış və yardımçı binaların dam örtüyünü uçurdub. Fərdi təsərrüfatlara ciddi ziyan dəyib. 15-ə yaxın yaşayış məntəqəsinə elektrik enerjisinin verilişində fasilə yaranıb. Rayon fövqəladə hallar komissiyasının üzvləri hadisə yerinə baş çəkiblər. Yaşayış məntəqələrinin əksəriyyətinə elektrik enerjisinin verilişi bərpa olunub.
Analoji hal eyni gün Göygöl rayonunda da baş verib və nəticədə Hacıməlikli kəndində bir çox problemlər yaradıb. Belə ki, kəndin orta məktəbi, uşaq bağçası, poçt və yaşayış binalarının dam örtükləri dağılıb. Fərdi yaşayış evlərinə ciddi ziyan dəyib. Bundan başqa, kəndə verilən elektrik enerjisi dayandırılıb. Hazırda qasırğanın yaratdığı fəsadlar araşdırılır. Problemlərin aradan qaldırılması istiqamətində işlər görülür.
Bəs, bunun səbəbi nədir? Yaxın günlərdə başqa bölgələrimizdə də analoji hal baş verə bilərmi? Bu suallarla müraciət etdiyimiz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya departamentinin Hidrometroloji proqnozlar bürosunun direktor müavini Gülşad Məmmədova bildirdi ki, iyunun 8–də Qara dəniz üzərindən hərəkət edən aktiv siklonun ölkəmizə daxil olmasıdır. Onun sözlərinə görə, məhz bunun nəticəsində ölkənin iki bölgəsində - Göygöl və Zərdab rayonlarında axşam saatlarından etibarən başlayan cənub–qərb və eləcə də qərb küləyi güclənib: "Proqnozlara görə, yaxın günlərdə - əsasən 12 və 13 iyun tarixlərində respublikamızın müxtəlif bölgələrində cənub–qərb və qərb küləklərinin güclənəcəyi gözlənilir. Daha sonra isə ölkə ərazisində cənub–qərb və qərb küləklərinin intensivliyi zəifləyəcək".
Oktay
Xəbər lenti
Hamısına baxMüsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24

