/ / “Yeni media və yeni çağırışlar” mövzusunda konfransda internet medianın inkişaf perspektivləri müzakirə olunub
“Yeni media və yeni çağırışlar” mövzusunda konfransda internet medianın inkişaf perspektivləri müzakirə olunub
28.05.2014 [13:04]
Mayın 27-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının və “Multimedia” Mərkəzinin birgə təşkilatçılığı ilə “Yeni media və yeni çağırışlar” mövzusunda konfrans keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə media qurumlarının, dövlət orqanlarının, vətəndaş cəmiyyəti təşkilatlarının və beynəlxalq qurumların nümayəndələri iştirak ediblər.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirdə çıxış edərək deyib ki, ölkəmizdə internet medianın inkişafı daim diqqət mərkəzindədir. Bu gün Azərbaycanda genişzolaqlı internet istifadəçilərinin sayı 50 faizi ötüb. Ölkəmizdə 1 milyon 300 mindən çox insan “Facebook”da qeydiyyatdadır, təxminən 50-dək internet televiziya və radio fəaliyyət göstərir.
Mətbuat Şurasının sədri vurğulayıb ki, Ümummilli lider Heydər Əliyev tərəfindən 2003-cü il fevralın 17-də təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” ölkəmizdə bu sahənin sürətli inkişafına güclü təkan verib.
Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev çıxış edərək aktual mövzuya həsr olunmuş konfransın əhəmiyyətindən və müzakirə olunacaq məsələlərin sosial medianın inkişafına verəcəyi töhfələrdən danışıb.
Bildirilib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında azad informasiya mühitinin formalaşdırılması və paralel şəkildə dövlətin informasiya siyasətinin və informasiya təhlükəsizliyinin əsaslarının yaradılması prosesinə başlanılıb. Dövlətin informasiya siyasətinin əsas vəzifələri, istiqamətləri və onu həyata keçirəcək vasitələr müəyyənləşdirilib. Sonrakı mərhələdə demokratik cəmiyyət quruculuğuna uyğun olaraq azad informasiya fəaliyyətinin hüquqi-normativ bazası yaradılıb, söz və məlumat azadlığı təmin edilib, azad medianın inkişafına, onun iqtisadi və siyasi müstəqilliyinə, beynəlxalq rəqabətədavamlılığının artırılmasına hərtərəfli dəstək göstərilib. Nəticədə qısa zamanda respublikada azad informasiya mühiti formalaşıb, müstəqil media həm kəmiyyət, həm də keyfiyyət baxımından inkişaf edib.
Vüqar Əliyev deyib: “Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, bu sahədə innovasiyaların tətbiqinin hərtərəfli stimullaşdırıldığı, azad və keyfiyyətli internetin mövcud olduğu bir ölkədir. Bu gün əhalinin 70 faizinin internetə çıxışı mövcuddur, ölkədə yüzlərlə sayt, portal fəaliyyət göstərir, bloqosfera inkişaf edir, sosial şəbəkələrdən istifadə edənlərin sayı artıq 2 milyona çatmışdır. İKT sahəsində müasir standartların tətbiqi, ilk milli peykin orbitə çıxarılması, internetin infrastrukturunun təkmilləşdirilməsi, mətbuatla bağlı milli proqramların hazırlanması və həyata keçirilməsi nəticəsində dövlət orqanlarının fəaliyyətinin şəffaflaşdırılması və digər tədbirlər həm də yeni medianın imkanlarını genişləndirmiş, onun hərtərəfli inkişafına xidmət etmişdir”.
Müasir medianın qarşısında duran bir sıra mövcud problemləri diqqətə çatdıran Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri bildirib ki, sosial şəbəkələrdə insanların təhqir olunması, yalan, böhtan xarakterli yazıların yer alması yolverilməzdir, peşə etikasından kənardır və bu cür mənfi halların qarşısı qanunvericiliyin tələblərinə uyğun olaraq alınmalıdır.
Konfransda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri İsfəndiyar Əliyev və Azərbaycan İnternet Forumunun prezidenti, “Multimedia” Mərkəzinin direktoru Osman Gündüz çıxış edərək internet medianın vəziyyətindən, bu sahədə ictimai informasiyaların açıqlanmasından, internet media qurumlarına dövlət dəstəyindən və digər məsələlərdən söz açıblar.
Sonra konfrans öz işini “İnternet medianın inkişaf meyilləri və perspektivlər”, “Sosial mediadan informasiya əldə edilməsi və informasiyaların yayılmasında səmərəli istifadə imkanları” mövzularında panel iclaslarında davam etdirib.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

