Ümummilli lider Heydər Əliyev Azərbaycanı tənəzzüldən tərəqqiyə çatdıran dahidir
09.05.2014 [09:59]
Ulu öndər Heydər Əliyev müasir demokratik Azərbaycan dövlətini yaratdı, onu dünyanın nüfuzlu ölkəsinə çevirdi.
Bu fikir mayın 8-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon “Xəbərlər Ajansı” ərazi ilk təşkilatının Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar keçirilən yığıncağında səslənib.
Yığıncaq iştirakçıları əvvəlcə YAP-ın yaradıcısı, müasir müstəqil Azərbaycanın banisi və qurucusu Ulu öndər Heydər Əliyevin agentliyin foyesindəki abidəsi önünə tər çiçəklər düzüblər.
Tədbirdə görkəmli siyasət və dövlət xadimi Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ümummilli liderimiz Heydər Əliyevin mənalı ömür yolu və zəngin dövlətçilik fəaliyyəti barədə AzərTAc tərəfindən hazırlanmış film nümayiş etdirilib.
Yeni Azərbaycan Partiyası “Xəbərlər Ajansı” ərazi ilk təşkilatının sədri, agentliyin baş direktoru Aslan Aslanov çıxış edərək deyib ki, Ulu öndər Heydər Əliyev müasir demokratik Azərbaycan dövlətini yaratdı, onu dünyanın nüfuzlu ölkəsinə çevirdi. Ümummilli liderin Azərbaycan xalqı qarşısındakı xidmətləri misilsizdir. Çünki Heydər Əliyev Azərbaycanın müasir tarixində dönüş yaradaraq ölkəni tənəzzüldən tərəqqiyə çatdıran dahidir. Ulu öndər milli dövlətçilik tarixinə bənzəri olmayan idarəçilik modeli gətirib.
Ümummilli lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan ümumxalq məhəbbəti qazanmış Prezidentimiz İlham Əliyevin müdrik, uzaqgörən siyasəti sayəsində dünyanın nüfuzlu, sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. Azərbaycan artıq beynəlxalq aləmdə söz, nüfuz sahibidir. Hazırda dünyanın əksər ölkələrini inkişafın Azərbaycan modeli çox maraqlandırır. Onlar bu modeli diqqətlə öyrənmək və tətbiq etmək istəyirlər.
Azərbaycanın son illərdəki nailiyyətlərindən söz açan baş direktor ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini və bu beynəlxalq quruma sədrlik etməsini Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin dövlətimizin başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsinin göstəricisi olduğunu diqqətə çatdırıb. Bildirilib ki, bu günlərdə Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməsi barədə qərarın qəbulu və tezliklə ölkəmizin bu qurumda sədrlik fəaliyyətinə başlayacağı da Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsidir. YAP ərazi ilk təşkilatının sədri çıxışının sonunda Ümummilli lider Heydər Əliyevi xarici ölkələrə səfərlərində jurnalist kimi müşayiəti ilə bağlı xatirələrini bölüşüb.
Sonra AzərTAc-ın Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunmuş əməkdaşlarına partiyanın üzvlük vəsiqələri təqdim edilib.
Sonda Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə agentlikdə keçirilmiş analitik yazı müsabiqəsinin və stolüstü oyunlar turnirlərinin qalibləri mükafatlandırılıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

