Uşaq hüquqları diqqət mərkəzindədir
02.05.2014 [08:41]
“Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyi şəhid, qaçqın, məcburi köçkün, əlil, valideynsiz (bir ya, hər ikisini itirmiş), həmçinin, imkansız ailələrdən olan uşaq və gənclərin, tələbələrin problemlərinin həllinə yardım göstərmək üçün Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində dövlət orqanları və digər təşkilatlarla əlaqələr yaradır, birgə humanitar tədbirlər həyata keçirir. Hazırda birlik üzvlərinin sayı 3000-dən çoxdur. Təşkilatımız istedadlı uşaqları axtarıb taparaq üzə çıxarır, gənclər arasında müxtəlif yarışlar keçirərək, qalibləri mükafatlandırır.
Təşkilatımızın 8 rayon şöbəsi fəaliyyət göstərir və məqsədimiz uşaqlara öz hüquqlarını aşılamaqdır. Bu da səbəbsiz deyil. Belə ki, uşaqlar nəinki, öz hüquqlarını bilməli, özlərini müdafiə etməli, həmçinin, digər insanların hüquqlarına hörmətlə yanaşmalıdırlar. “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyi bunları nəzərə alaraq və uşaqlara öz hüquqlarını başa salmaq üçün Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Xüsusi qayğıya ehtiyacı olan müəssisələrdə uşaq hüquqlarının pozulmasının qarşısının alınması” layihəsini həyata keçirib.
Bu məqamda vurğulamaq yerinə düşər ki, uşaq hüquqları məsələsi beynəlxalq aləmin diqqət mərkəzindədir və Uşaq Hüquqları Konvensiyası qəbul edilib. Eyni zamanda, Azərbaycan Respublikası da bu Konvensiyaya qoşulub.
Uşaq Hüquqları Konvensiyası 20 noyabr 1989-cu il tarixində BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Konvensiyanı ratifikasiya etmiş bütün dövlətlər bu öhdəlikləri yerinə yetirməlidirlər. Uşaq Hüquqları Konvensiyası 54 maddədən ibarətdir ki, onların da hər biri ayrı-ayrı hüquqlar haqda məlumat verir. Ümumiyyətlə, bütün hüquqlar 4 geniş kateqoriyaya bölünə bilər:
İnkişaf hüquqları - bu hüquqlar uşaqların öz potensiallarının tam inkişafına olan ehtiyaclarını təmin edir. Bura, təhsil almaq, oynamaq və istirahət etmək, mədəni tədbirlərə cəlb edilmə və iştirak etmə, məlumat əldə etmək, azad fikir və din hüquqları aiddir.
Müdafiə hüquqları - bu hüquqlar uşaqları müxtəlif növ zorakılıq və istismardan qorumalıdır. Bu hüquqlar, məsələn, qaçqın uşaqlara qayğının göstərilməsi, zorakılıq, cəzalandırma, hərbi münaqişələrə cəlb edilmə, uşaq əməyinin istismarı, narkotik maddələrin istifadəsi və seksual istismar kimi məsələləri əhatə edir.
İştirak hüquqları - bu hüquqlar uşaqlara yaşadıqları cəmiyyətdə fəal iştirak etməyə imkan yaradır. Bunlar azad fikir söyləmək, onların həyatlarına təsir göstərən hallarda öz sözlərini demək, birləşmək və assosiasiyalar əmələ gətirməkdir. Uşaqların bacarıqları inkişaf edərkən onların cəmiyyətdə fəal iştirakı və bunun üçün imkanları daha da artır. Bu da məsuliyyətli vətəndaş kimi yetişməkdə onlara yardım edir.
Yaşamaq hüquqları - buraya uşaqların yaşamaq və bunun üçün lazımi tələbatları təmin etmək hüquqları, həmçinin, adekvat yaşayış standartları, qida və tibbi xidmətə malik olmaq kimi hüquqlar aiddir.
Beləliklə, məqsədimiz sözügedən layihə çərçivəsində uşaqlara öz hüquqlarını öyrətməkdir ki, onlar özlərini və yaşıdlarını qorusunlar. İnanırıq ki, bu layihənin gənclərimizə böyük köməyi olub.
Qeyd edək ki, layihə çərçivəsində 2 internat məktəbində - Suraxanı rayonu 7 nömrəli və Nərimanov rayonundakı sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli xüsusi internat məktəbində tədbir keçirilib. İnanırıq ki, layihə çərçivəsində həyata keçirilən maarifləndirmə az da olsa öz nəticəsini verəcək.
Tural TURAN
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

