Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Xan Şuşinski Fondunun rəhbəri: Qız övladlarımız gələcəyin savadlı kadrları kimi yetişməlidir

Xan Şuşinski Fondunun rəhbəri: Qız övladlarımız gələcəyin savadlı kadrları kimi yetişməlidir

13.10.2026 [18:36]


“Azərbaycan dünyəvi dövlətdir.  Ölkəmizdə dini inanclara hörmətlə yanaşılır.  Dövlətimiz, xalqımız tolerant , multikultural dəyərlərə  çox böyük hörmətlə yanaşır. Tarixə nəzər saldıqda görürük ki əsrlər boyu Azərbaycanda müxtəlif ölkələrin nümayəndələri yaşayıb və yaşamaqdadır. Biz bir xalq bir dövlət olaraq, hər xalqın, dilinə dininə,  adət ənənələrinə hörmətlə yanaşmışıq”. Bu fikirləri yeniazerbaycan.com saytına açıqlamasında Xan Şuşinski Fondunun təsisçisi və rəhbəri Bəyimxanım Cavanşirova-Verdiyeva deyib.
Onun sözlərinə görə, Azərbaycanda təhsil sistemi dünyəvi prinsiplərə əsaslanır. Məktəb təhsil, elm və bilik məkanıdır. Yetişməkdə olan gənc nəsilin dünyagörüşünün genişlənməsi, müstəqil düşüncə və müasir biliklərə yiyələnməsi əsas prioritet olmalıdır. Dünyəvilik qəti surətdə dinə qarşı mövqe deyil. Həmsöhbətimiz qeyd edib ki,  Nazirlər Kabinetinin qərarına uyğun olaraq məktəblərdə vahid formanın  qəbul edilməsi məktəblərdə şagirdlər arasında bərabərlik yaradır və bu, təhsilin keyfiyyətinə müsbət təsir edir: “Mən Bakıda o vaxtkı Qırmızı Əmək bayrağı ordenli  190 nömrəli məktəbdə təhsil almışam. O dövrdə elm, təhsil almaq üçün hər birimiz  təsdiq edilmiş formada məktəbə gələrdik. Bu, uğurlu təhsil sisteminin inkişafına mühüm təsirini göstərirdi”. 
“Qızlarımız gələcəyin analarıdırlar. Savadlı ana, gələcəyə savadlı övlad yetişdirir. Milli mənəvi dəyərlərimizi uca tutaraq, məktəbə təhsil almağa gələn hər bir  qız övladımız  təhsil ocağının əsas tutduğu qanunlara riayət edərək, gələcəyin yüksək dünyagörüşlü, savadlı kadrı kimi yetişməlidirlər”- deyə, Bəyimxanım Cavanşirova-Verdiyeva vurğulayıb.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 53 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Zamanında verilmiş QƏRAR!

13 Oktyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31