Füzulidə əhalinin tibbi müayinəsi uğurla davam etdirilir
05.03.2014 [09:35]
Prezident İlham Əliyevin tapşırığına əsasən, respublikamızın hər yerində olduğu kimi, Füzuli rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.
AzərTAc xəbər verir ki, rayonda bu məqsədlə xüsusi komissiya yaradılıb, tibb ocaqlarında iş qrafiki tərtib edilib.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Soltan Əliyev AzərTAc-a bildirib ki, sakinlər mərkəzi xəstəxana ilə yanaşı, Horadiz, Əhmədbəyli və Qayıdış xəstəxanalarında, həmçinin Füzuli tibb mərkəzində müayinədən keçirilir. Qrafikə əsasən, ilkin olaraq rayonun idarə və müəssisələrində, təhsil ocaqlarında çalışanlar müayinə olunurlar. Səyyar həkim briqadaları isə müayinəyə gəlmək imkanı olmayan sakinlərə yerlərdə xidmət göstərirlər. Fevralın 17-dən indiyədək 9500 sakin tibbi müayinədən keçirilib. Onlardan 119 nəfəri mərkəzi rayon xəstəxanasında stasionar müalicəyə cəlb edilib, 37 nəfər isə respublikanın ixtisaslaşmış xəstəxanalarına göndərilib. Sakinlər daha çox böyrək, ürək-damar, qan təzyiqi, şəkərli diabet və revmatik xəstəliklərdən əziyyət çəkdiklərini bildirirlər.
Horadiz şəhər xəstəxanasında tibbi müayinədən keçən rayon vergilər şöbəsinin müdiri Rəşad Hacıyev AzərTAc-a müsahibəsində deyib ki, son illər ölkəmizdə gedən iqtisadi tərəqqi bütün sosial sahələr kimi, səhiyyənin də inkişafına güclü təkan verib. Hər bir regionda müasir standartlara cavab verən səhiyyə müəssisələri fəaliyyət göstərir. Prezident İlham Əliyevin tapşırığına əsasən, bütün ölkə vətəndaşlarının tibbi müayinəyə cəlb edilməsi əhalinin sağlamlığına göstərilən diqqət və qayğının daha bir bariz nümunəsidir.
Müayinədən keçən rayon sakinləri Razi Behbudov və Ziyadxan Səfərov əhalinin sağlamlığının etibarlı şəkildə qorunmasında mühüm əhəmiyyət kəsb edən humanitar aksiyanı yüksək qiymətləndirib, buna görə Prezident İlham Əliyevə minnətdarlıqlarına bildiriblər.
Xəbər lenti
Hamısına baxSosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Siyasət
22 Aprel 10:14
Analitik
22 Aprel 10:12

