Qax rayonunda tibbi müayinələr mütəşəkkil qaydada davam edir
28.02.2014 [08:56]
Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsi aksiyası Qax rayonunda da mütəşəkkil qaydada davam edir.
Rayon əhalisi insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyada fəal iştirak edirlər.
Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova AzərTAc-a bildirib ki, tibbi müayinələrin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün xüsusi komissiya yaradılıb, tədbirlər planı hazırlanıb. İlk növbədə müayinədən keçəcək insanların sayı müəyyənləşdirilib, cədvəl tərtib edilib. Aksiyanın keçirildiyi tibb müəssisələrində əhalinin qəbulu və müayinələrin aparılması üçün bütün lazımi şərait yaradılıb. Tibbi müayinələrdə rayon üzrə 18 yaşdan yuxarı 39 minə yaxın insanın iştirakı nəzərdə tutulur.
Bildirilib ki, fevralın 17-dən bu günədək 7 min nəfərə yaxın insan tibbi müayinədən keçib. Rayon əhalisi dövlətimizin başçısının bu xeyirxah təşəbbüsünü ürəkdən alqışlayır, tibb ocaqlarında yaradılan şəraitdən, həkim və tibb işçilərinin isti münasibətindən, onlara göstərilən qayğıdan razı qaldıqlarını bildirirlər.
Tibbi müayinələrin keçirildiyi rayon mərkəzi xəstəxanası 2010-cu ildə əsaslı təmir olunub, bütün şöbələr ən müasir tibbi avadanlıq və aparatlarla təchiz edilib.
Xəstəxananın baş həkimi Tərlan Əhmədzadə bildirib ki, tibbi müayinələr xəstəxananın poliklinika şöbəsi ilə yanaşı, Əlibəyli və Tasmalı kənd sahə xəstəxanalarında, həmçinin kəndlərdə fəaliyyət göstərən həkim məntəqələrində keçirilir. Müayinələrə təcrübəli, yüksək ixtisaslı mütəxəssislərdən ibarət həkim briqadaları cəlb edilib. Briqadaların tərkibinə terapevt, mama-ginekoloq, endokrinoloq, nevropatoloq, oftalmoloq, uroloq, kardioloq, cərrah və digər ixtisaslar üzrə peşəkar həkimlər daxil ediliblər. Həkim briqadaları bu məsul kampaniyaya çox ciddi hazırlaşıblar. Ultrasəs müayinəsi, elektrokardioqrafiya, rentgen-flüoqrafiya, laborator analizləri və digər müayinə kabinetlərində quraşdırılmış avadanlıq və aparatlar gün ərzində müayinəyə gələnlərə pulsuz xidmət göstərir.
Baş həkimin dediyinə görə, insanlar daha çox böyrək, ürək-damar, qan təzyiqi, onurğa sütununun fəqərə arası disk yırtığı və revmatik xəstəliklərdən əziyyət çəkdiklərini bildirirlər. Xəstəlik aşkar edilən vətəndaşlar müalicəyə cəlb olunurlar.
Bütün ölkə vətəndaşları kimi, Qax rayonunun əhalisi də tibbi müayinələrin keçirilməsini çox yüksək dəyərləndirir, bu xeyirxah təşəbbüsə görə Prezident İlham Əliyevə bir daha minnətdarlıqlarını bildirirlər.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25

