Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qazaxda fərdi yaşayış evində partlayış baş verib, bir nəfər xəsarət alıb

Qazaxda fərdi yaşayış evində partlayış baş verib, bir nəfər xəsarət alıb

06.01.2026 [16:34]

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qazaxda yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 50 kvadratmetr olan fərdi yaşayış evində, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış nəticəsində evə ciddi ziyan dəyib, bir nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Paylaş:
Baxılıb: 146 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

YAP xəbərləri

Enerji siyasəti

12 Yanvar 22:32

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31