Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bu ilin on ayında əlilliyi olan şəxslərə 111 min reabilitasiya vasitəsi verilib

Bu ilin on ayında əlilliyi olan şəxslərə 111 min reabilitasiya vasitəsi verilib

25.11.2025 [12:34]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-oktyabr aylarında əlilliyi olan şəxslərə 111 min reabilitasiya vasitəsi verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 6,1 mini təkərli oturacaq (o cümlədən 170-i mühərrikli təkərli oturacaq), 2,1 mini aşağı və yuxarı ətraf protezi, 5,4 mini əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.

Həmçinin əlilliyi olan şəxslərə 9,1 min cüt protez və yarım cüt ortopedik ayaqqabı, 347 eşitmə aparatı, 467 korset və s. reabilitasiya vasitələri təqdim olunub.

Bu ilin 10 ayında əlilliyi olan 12 min şəxs reabilitasiya vasitələri ilə təmin edilib.

Paylaş:
Baxılıb: 396 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31