Sürücü diqqətsizliyi, piyada məsuliyyətsizliyi...
30.10.2025 [08:59]
Çıxış yolu nədir?
Statistikaya görə, hər il dünyada orta hesabla 1,3 milyon insan yol qəzaları nəticəsində dünyasını dəyişir. Yol-nəqliyyat hadisələrinin artmasının başlıca səbəbi və günahkarı yol hərəkəti iştirakçılarıdır. Təcrübəsiz şəxsin sükan arxasına keçməsi, yol və hava şəraitinə uyğun tədbir görülməməsi, ehtiyatsızlıq, avtomobili sərxoş vəziyyətdə idarə etmək, hərəkət zamanı sürət həddini aşmaq, yol-hərəkəti qaydalarına əməl etməmək və s. qəzaların əsas səbəbləridir.
Etiraf edək ki, qəzalar zamanı piyadaların da günahı az olmur. Yol hərəkəti qaydalarına əməl etməmək, piyadalar üçün nəzərdə tutulmuş zolaqlı yolu qırmızı işıqda keçmək, nəqliyyat vasitəsinin qəfildən qarşısına və ya arxasından çıxmaq, piyada keçidlərinə etinasızlıq kimi hallar da qəza ilə nəticələnir.
Ciddi problemlərə yol açan bu kimi halların qarşısını almaq üçün daha hansı tədbirlər görülməli, nələr edilməlidir?
Qəzaların əksəriyyəti bu yerlərdə baş verir
Sualımızı cavablandıran nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, ölkəmizdə baş verən nəqliyyat qəzalarının gün keçdikcə artmasının bir neçə səbəbi var. Bunlardan ən əsası yol hərəkəti iştirakçılarının məsuliyyətsizliyidir: “İlk növbədə, sürücü və ya piyadalar yol-hərəkəti qaydalarını pozduqları üçün bu qəzalar baş verir. Bəzən yollarda yaranmış çuxurlar, yolların normal işıqlandırılmaması da qəzalara gətirib çıxarır. Avtomobillərin qarşı zolağa çıxması, ötmə qaydalarının pozulması, sürət həddinin keçilməsi, diqqətsizlik - bunların hamısı ümumilikdə yol qəzalarının baş verməsinə səbəb olur. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, bu qəzaların əksəriyyəti şəhərdaxili və ya məntəqədaxili ərazilərdə, yüksək sürətə icazə verilməyən yerlərdə baş verir. Bu da qeyd etdiyimiz həmin o səbəblərin doğru olduğunu sübut edir”.
“Yollar yenilənir, amma qəzalar azalmır ki, azalmır”
E.Cəfərovun sözlərinə görə, ötən illə müqayisədə bu il yol qəzalarının sayı artıb: “Halbuki biz ilbəil ölkəmizdə yol qəzalarının sayının azaldılmasına nail olmalıyıq. Qəzalar zamanı ölüm halları və xəsarətlərin sayının azalması istiqamətində müəyyən proqramlar qəbul etmişik. Amma təəssüf ki, qəzaların sayı azalmır. Yol qəzaları həm maddi, həm də mənəvi itkidir. Neçə-neçə insanın, ailənin bədbəxtliyinə səbəb olan, neçəsini şikəst, əlil edən yol qəzaları digər tərəfdən də iqtisadiyyata külli miqdarda ziyan vurur. Qəribə bir məntiqi nəticə meydana çıxır. Xərclənən vəsait artır, yol infrastrukturu günbəgün inkişaf edir, yollar yenilənir, daha rahat və daha da çox olur, qəzalar isə azalmır ki, azalmır”.
Sürücü nə qədər peşəkar olsa...
E.Cəfərov qeyd edib ki, yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəblərindən biri sürücülərin peşəkarlıq və səriştə səviyyəsinin aşağı olmasıdır: “Sürücü nə qədər peşəkar və hazırlıqlı olsa, yol qəzalarının da baş vermə ehtimalı bir o qədər az olar. Sürücülük işi ölkədə daha ciddi şəkildə təkmilləşdirilməlidir. Təəssüf ki, hazırda yollarda səriştəsiz sürücülərin sayı kifayət qədər çoxdur.
Yalnız sürücülər deyil, digər yol hərəkəti iştirakçılarının - piyadaların və velosipedçilərin də davranışlarında ciddi nöqsanlar müşahidə olunur: “Piyadalar və velosiped sürənlər də “Yol hərəkəti haqqında” qanuna əməl etməli, yollarda təhlükəsiz davranış mədəniyyətinə sahib olmalıdırlar. Bu istiqamətdə maarifləndirmə işləri gücləndirilməlidir”.
Xarici ölkələrin təcrübəsi...
Ekspert vurğulayıb ki, yol-nəqliyyat hadisələrinin artmasının digər əsas səbəbi isə yol hərəkəti təhlükəsizliyinin zəif təmin olunmasıdır: “Bu istiqamətdə də ardıcıl və sistemli tədbirlərin görülməsi vacibdir. Qəzaların qarşısını almaq üçün həm nəqliyyat vasitələri, həm də yol infrastrukturu mütəmadi olaraq yenilənməli, yolların vəziyyətinə və hərəkət şəraitinə davamlı nəzarət təmin olunmalıdır. Yol varsa, hərəkət də var - istər nəqliyyat vasitəsi, istərsə də piyada səhv edə bilər. Amma yol infrastrukturu səhvlərin ağır nəticələrə gətirib çıxarmasının qarşısını almalıdır. Bu sahədə nümunə götürülə biləcək ölkələr var. Bu gün Almaniya, Niderland, Böyük Britaniya və İspaniya kimi ölkələr yol hərəkəti təhlükəsizliyi sahəsində ön sıradadır. Halbuki bu ölkələr dünyada ən çox avtomobil olan, əhalisi sıx və yol şəbəkəsi geniş ölkələrdir. 1970-ci illərdə bu ölkələrdə də vəziyyət kifayət qədər acınacaqlı idi - qəzalar çox olurdu, ölüm halları yüksək idi. Amma zamanla həmin ölkələrdə genişmiqyaslı dövlət proqramları qəbul olundu və nəticədə həm qəza sayı, həm də qəzalar zamanı ölüm halları kəskin şəkildə azaldı”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10

