Azərbaycanda antik və ilk orta əsrlərə aid beşinci dairəvi məbəd qalıqları aşkarlanıb
25.08.2025 [16:34]
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun “Antik dövr və Alban arxeologiyası” şöbəsinin “Qafqaz Albaniyasının maddi-mədəni irsinin arxeoloji tədqiqi” ekspedisiyası iyulun 17-dən etibarən Qəbələ rayonunun Böyük Əmili kəndində yerləşən “Kilsədağ məbədlər kompleksi” ərazisində arxeoloji tədqiqatlara başlamışdı.
“Kilsədağ məbəd kompleksi” ətrafında formalaşan Akropoldan aparılan arxeoloji tədqiqatlar nəticəsində ərazinin müdafiə divarları ilə yanaşı, strateji yerdə inşa edilən bürclərin bünövrə yerləri qeydə alınıb. Bu bürc yerləri ətraf əraziləri 180 dərəcə bucaq altında müşahidə də saxlamaqla ərazinin mühafizəsində mühüm əhəmiyyətə malik olub. Bürc yerləri ərazinin relyefinə uyğun olaraq düzbucaq və yarımdairəvi formada inşa edilib.
Bu barədə AZƏRTAC-a açıqlamasında AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunu Antik dövr və Alban arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent, “Qafqaz Albaniyasının maddi-mədəni irsinin arxeoloji tədqiqi ekspedisiyasının” rəhbəri Natiq Alışov bildirib.
Onun sözlərinə görə, arxeoloji tədqiqatlar, həmçinin 2022, 2023 və 2024-cü tədqiqat mövsümlərində bünövrə yerləri izlənilən kiçik həcmli təsərrüfat təyinatlı otaqların daxili strukturunda da davam etdirilib. Otaqlar daxilində aşkar edilmiş maddi mədəniyyət nümunələri əsasən antik, erkən orta əsr və orta əsrlər aid şirsiz və şirli keramikalar, kərpic və kirəmitlər, şüşə qab qalıqlar, obsidian fraqmenti, silah nümunəsi, dəmir və daş alətlərdən ibarət olub.
“2024-cü ildən tədqiqatına başlanılan 12,50x12,50 m ölçülərində olan F kvadratında arxeoloji qazıntılar davam etdirilib. Bu kvadrat daxilində Kilsədağ dairəvi məbədinə yaxın cənub-qərbdə hissədə yeni bir dairəvi bünövrə əsaslı memarlıq nümunəsi qeydə alınıb.
Yeni aşkar edilmiş dairəvi formalı məbədin qaya daşından qurulmuş bünövrə yerinin divar qalınlığı 1,40 m olmaqla 12,70 diametrə yaxın sahədə qeydə alınıb və arxeoloq Rəhim Vahidov tərəfindən 1971-ci ildə aşkar edilmiş məbədlə paralelik təşkil edib.
Dairəvi formalı yeni memarlıq nümunəsinin şərq divarının bir hissəsi XX əsrin 70-ci illərində aşkar edilmiş Kilsədağ dairəvi məbədinin qərb girişin alt hissəsinə nüfuz edib. Bu isə öz növbəsində ərazidə uzun müddətli ibadət prosesinin davam etməsi ilə yanaşı, memarlığın inkişaf dinamikasının izləməyə imkan verən amil kimi qiymətləndirilir.
2023-2024-cü illərdə tədqiqatı aparılmış F, D, C, E və G kvadratlarının sərhədləri daxilində izlənilmiş bu divar qalıqlıqları F və D kvadratlarında tam olaraq müşahidə edilib.
Gələcək tədqiqat mövsümündə C, E və G kvadratlarında mövcud mədəni qatların öyrənilməsi istiqamətindəki dərinləşdirmə prosesi yeni aşkar edilmiş dairəvi məbədin şimal qərb və şimal şərq hissəsi öyrənilməsinə imkan verəcək. A,B,C,D,E,F və G kvadratlarının hər biri 12,50x12,50 m ölçüdə olmaqla qərbdən-şərqə doğru şimal-cənub istiqamətində tədqiqata cəlb edilib.
Əmili dağına yaxın ərazilərdə Paleolit dövründən son orta əsrlər qədər mövcud mədəni qatların birinin digərini əvəzləməsi, dağın ətəyindən zirvəsinə qədər mühafizə divarlarını yerüstü əlamətlərinin müşahidəsi ərazinin strateji önəmini daha qabarıq formada təqdim etməyə imkan verir”, - deyə tarixçi-alim vurğulayıb.
Qeyd edək ki, ərazidə arxeoloji tədqiqatlar avqustun 25-dək aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

