Xankəndidə diaspor gənclərinin iştirakı ilə kibertəhlükəsizlik mövzusunda panel keçirilib
08.08.2025 [14:18]
Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsində “Qlobal miqyaslı virtual icma və şəbəkələşmə platforması” mövzusunda panel təşkil olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İcraçı direktoru Rauf Cabarovun moderatorluğu ilə keçirilən panelin qonaqları Assosiasiyanın şöbə müdiri Əli Məmmədzadə, AKTA-nın İctimai Birliyinin İdarə Heyətinin sədri Pənah Musayev, “Crowdstrike” regional sistem mühəndisi Orxan Həbibzadə və “AREA Academy”nin təsisçisi Rəhman Rəsulzadə olub.
Paneldə kibertəhlükəsizlik sahəsində motivasiyanın əhəmiyyəti və gənclərin bu sahədə inkişafına dəstək imkanlarından danışılıb, virtual icma platformaları yaratmağın yeni meyarları barədə intellektual müzakirələr aparılıb. Müasir dövrün tələblərinə uyğun kibersimulyasiya texnologiyalarının rolu qeyd edilib. Dron və robot texnologiyaları sahəsindəki yeniliklər, bu texnologiyaların gələcəyin əsas istiqamətlərindən biri olduğu diqqətə çatdırılıb. Belə təşəbbüslərin diaspor gənclərinin texnologiya, kibertəhlükəsizlik və innovasiya sahələrində maariflənməsi, qlobal şəbəkələrə inteqrasiyası, eləcə də milli maraqlar ətrafında birləşməsi üçün mühüm platforma rolunu oynadığı vurğulanıb. Müzakirələr zamanı, həmçinin düşərgə iştirakçılarının süni intellekt, kibertəhlükəsizlik, eləcə də rəqəmsal texnologiyalarla bağlı sualları cavablandırılıb.
Qeyd edək ki, avqustun 9-dək davam edəcək Diaspor Gənclərinin VI Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Xankəndidə keçirilir. Düşərgədə dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub, düşərgələrə hər il 60-dan çox ölkədən ümumilikdə 700-dən çox gənc qatılıb.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12

