Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

07.08.2025 [14:00]

Avqustun 8-də gözlənilən hava proqnozu açıqlanıb.

Bakıda və Abşeron yarımadasında hava necə olacaq?

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 24-28 isti, gündüz 34-38 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər arabir duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti, dağlarda gecə 16-21, gündüz 28-33 dərəcə isti olacaq.

Paylaş:
Baxılıb: 334 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31