“Əmək pensiyaları haqqında” qanuna son dəyişikliklər
21.06.2025 [09:36]
Bəzi istisnalarla analar 59, atalar 60 yaşda pensiyaya çıxa biləcəklər
Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib. Dəyişikliklərə əsasən, daha tez pensiyaya çıxan vətəndaşlarımızın pensiyaları güzəşt müddətində dövlət büdcəsi hesabına ödəniləcək. Yəni çox uşaqlı ailələrdə güzəştli şərtlərlə qadınlar, bəzi hallarda isə atalar 5 il tez pensiyaya çıxırlar. Bu hallarda analar 59, atalar isə 60 yaşda pensiyaya çıxa bilirlər. Həmin vətəndaşlarımızın güzəştli şərtlər ilə pensiya aldıqları müddətdə ödənişlər dövlət büdcəsindən ödəniləcək.
Dövlət sosial xərcləri üzərinə götürür
Qanuna edilən dəyişikliklə əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına, uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna, hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş yaş həddi 20 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququna və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanacaq. Belə ki, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə və ya əlilliyi olan uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddətinə əsasən formalaşan məbləği, habelə qanunun 20-ci maddəsində nəzərdə tutulan əlavələr, həmin əlavələrin indeksləşdirilməsi, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə 2022-ci ildə müəyyən etdiyi və 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardım və həmin maddi yardımın bu qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilməsi nəticəsində yaranan xərclər dövlət büdcəsinin hesabına təmin ediləcək. Digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir.
Ahıllara qulluq dövrü sığorta stajına daxil edilir
Habelə ahıllara qulluq dövrünün sığorta stajına daxil edilməsi ilə əlaqədar güzəştlərin qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği üzrə əmək pensiyası ödənişinin maliyyə mənbəyi kimi dövlət büdcəsi müəyyən olunaraq tətbiqi 2025-ci il yanvarın 1-dən nəzərdə tutulur. Yəni həmin vətəndaşlarımızın pensiya təminatı dövlət büdcəsi hesabına həyata keçiriləcək.
Təsdiq olunan digər dəyişiklik mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin pensiya hüququ ilə bağlıdır. Bu sahədə işləyən şəxslərin pensiya hüququnun təmin olunması üçün bəzi əsaslar Nazirlər Kabinetinin müxtəlif qərarları ilə müəyyən edilir. Bu hüquqi əsasların vahid qanunvericilik sisteminə uyğunlaşdırılması səbəbindən “Əmək pensiyaları haqqında” Qanunun 22.3-cü maddəsi ilə müəyyən olunan qaydaların tətbiqi həmin Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə əvəz edilib.
Dəyişikliklər sosial rifahın gücləndirilməsinə xidmət edir
Ümumilikdə, son illərdə aparılan sosial islahatlar çərçivəsində pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş addımlar atılır. Bir müddət əvvəl “Əmək pensiyaları haqqında” Qanununda dəyişiklik edilməklə bütün əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı qərar qəbul edilib. Bu istiqamətdə davamlı olaraq qanunvericlikdə əlavə güzəştlər edilir. “Əmək pensiyaları haqqında” Qanuna yeni dəyişikliklər də bu siyasətin tərkib hissəsi olmaqla, pensiya təminatı sistemində dövlət öhdəliklərinin müəyyən olunması ilə xüsusi sosial müdafiə və güzəştli pensiya hüquqlarına malik olan şəxslərin sosial rifahının gücləndirilməsinə, eləcə də qanunvericilik aktlarının unifikasiyasına yönələrək dayanıqlı pensiya təminatı sisteminin formalaşmasına xidmət edəcək.
Bu dəyişikliklər pensiyaların ödənilməsində maliyyə təminatının genişləndirilməsi və fiskal dayanıqlığın gücləndirilməsi baxımından vacibdir. Bu, dövlət büdcəsi ilə Dövlət Sosial Müdafiə Fondunun maliyyə öhədliklərinin dəqiqləşdirilməsinə xidmət edir.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

