Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Həsənriz sakini: Bizim üçün bayram bayrama qarışmışdı

Həsənriz sakini: Bizim üçün bayram bayrama qarışmışdı

19.03.2025 [22:31]

Dünən İlaxır çərşənbə idi. Bizim üçün bayram bayrama qarışmışdı. Çünki Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bayramı bizimlə birgə qeyd edirdi.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Ağdərə rayonunun Həsənriz kəndinin sakini Şəhla Eyvazova deyib.

“Dünən həm də Prezidentlə həmsöhbət oldum. Bir qazi övladı və gənc müəllim olaraq bununla qürur duyuram. Prezidentimizə, Ordumuza minnətdarlığımı bildirirəm. İllərdir həsrətində olduğumuz torpaqlarımızda onların sayəsində bayram qeyd edirik, firavan yaşayırıq”, - deyə Həsənriz sakini bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə görüşüb, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar. Dövlətimizin başçısı və birinci xanım kənd sakinləri ilə birlikdə Novruz tonqalını alovlandırıblar.

Paylaş:
Baxılıb: 573 dəfə

Xəbər lenti

Hamısına bax

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31