Bakı Novruzu qarşılayır - FOTOREPORTAJ
17.03.2025 [12:21]
Hər səhər üfüq köynəyini yararaq mavi Xəzərin üzərindən boy göstərən Günəş ilıq şəfəqlərini şəhərə paylayır. Budaqdan-budağa, ağacdan-ağaca qonan quşlar səhər nəğmələri oxuyur, pəncərələrdən evlərə qaranquş nəğmələri axır. Qar havası təzəcə çəkilən yaşıl çəmənlərdəki otlar cücərir, gül-çiçəklər ləçək-ləçək, qönçə-qönçə boy atır. Eyvanın pəncərələrindən səmənili evlərə təmiz hava dolur. Təbiətə yaz, yurdumuza Novruz gəlir!
Bakı xalqımızın ən əziz bayramlarından olan Novruzu qarşılamağa hazırlaşır. Paytaxtın parkları, xiyabanları, prospektləri, küçə və yolları milli mədəniyyətimizin və mənəvi dünyamızın ən zəngin bayramının gəlişi münasibətilə bəzədilib, şəhərdaxili yollardakı dairələrdə qırmızı qurşaqlı səməni atributları quraşdırılıb. Dənizkənarı Milli Park, Qız qalasının ətrafı, Azneft meydanı, Neftçilər prospekti, istirahət və gəzinti məkanları bayram libası geyinib, hər yerdə Novruz atributları göz oxşayır.
Mərkəzi küçələrdə rəngarəng işıqlandırmalar quraşdırılıb. İctimai iaşə və xidmət obyektlərinin vitrinləri, köşk və dayanacaqlar, elektrik dirəkləri bayramsayağı bəzədilib. Obyektlərin qarşısına yeni gül dibçəkləri düzülüb, park və çəmənlərə yeni gül-çiçəklər, ağaclar əkilib. Gediş-gəlişin sıx olduğu metro stansiyalarının yaxınlığında çadırlar qurulub, açılan bayram yarmarkaları əhaliyə öz xidmətini təklif edir.
Novruz yaşıllıq, dirilik, bolluq, bərəkət, xeyirxahlıq bayramıdır. Onun qədəmləri ana torpağın sinəsinə dəyən kimi hər şey görkəmini dəyişir, gözəllik, təmizlik, xoşbəxtlik taxta çıxır.
AZƏRTAC-ın fotomüxbirləri Novruz libaslı Bakının bayramqabağı lövhələrini lentə alıblar.
Qoy bu bayramın qədəmləri də Zəfərə qovuşmuş xalqımıza xoşbəxtlik və səadət gətirsin, ocağımız yanar, qazanımız qaynar, süfrələrimiz ruzili-bərəkətli olsun! Pis gözlər, bədxah nəzərlər Novruz tonqallarında çırtaçırt alışıb yansın!
Azərbaycanda “Konstitusiya və Suverenlik İli” adlandırılan 2025-ci il dünyamız, xalqımız üçün yaşıl-yaşıl arzu və ümidlərin al-əlvan çiçəklər açdığı il olsun!
Xəbər lenti
Hamısına baxSosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06

