Qorxunc və vahiməli...
25.12.2024 [08:21]
Bu gün əyləndirən oyuncaqlar sabahın faciəsi ola bilər!
Valideynlər nələrə diqqət etməlidir?
Oyuncaq mağazalarında uşaqlar üçün nəzərdə tutulan müxtəlif növ əyləncə vasitələrinə rast gəlmək mümkündür. Təbii ki, belə oyuncuqların satışı problem deyil. Amma məsələnin xoşagəlməz tərəfləri də var. Söhbət bəzi növ oyuncaqların uşaqların psixoloji durumuna mənfi təsirindən gedir. Belə ki, bu gün satışda kifayət qədər qorxulu oyuncaqların olduğu hər kəsə bəllidir. Maraqlısı odur ki, bu oyuncaqların qiyməti də kifayət qədər bahadır. Oyuncaqların bəziləri hansısa cizgi film personajının kukla forması, bəziləri isə kiminsə təxəyyülünün məhsuludur. Məsələn, qəribə mutantları təcəssüm etdirən oyuncaqlar dəhşət saçır. Yaxud saqqalı əsgər oyuncaqlar daha çox terrorçuları xatırladır. Valideynlər də uşaqların istəklərinə qarşı gəlməyərək həmin vahiməli oyuncaqları övladlarına alırlar. Amma bu oyuncaqların onların dünyagörüşünə, formalaşmaqda olan təxəyyülünə necə təsir edəcəklərini bilmirlər. Mütəxəssislər də belə oyuncaqların sonradan uşaqların psixologiyasına mənfi təsir edəcəyini qeyd edirlər. Onların fikrincə, oyuncaqlar uşaqların xarakterinin formalaşmasında böyük rol oynayır. Ona görə də azyaşlılar üçün oyuncaq seçərkən diqqətli olmaq vacibdir.
İxtisaslaşmış oyuncaq mağazaları olmalıdır
Psixoloq Elnur Rüstəmov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, ölkəmizdə uşaq oyuncaqları ilə bağlı müəyyən təyinatların olması yaxşı olardı: “Yəni hansı uşağa hansı oyuncaq olar. Bundan başqa, oyuncaqların bir qisminin keyfiyyət məsələsi də sual altındadır. Oyuncaqlar ilkin olaraq uşaqlara nəyisə öyrətmək üçün nəzərdə tutulub. Amma elə oyuncaq var ki, uşağa heç nə öyrətmir. Yaxud da psixoloji zərbələrin yaranmasına gətirib çıxarır. Həmin zərbələr özünü bu gün göstərmir. Zaman-zaman uşağın davranışına təsir göstərir. Yeniyetməlik dönəmində təsir daha da arta bilir. Bundan başqa, valideynlər bəzən oyuncaqları cinslərə görə düzgün təyin etmirlər. Bu da uşaqların bir fərd kimi böyümələrinə mənfi təsir göstərir. Elə oyuncaqlar var ki, uşaqlara tələb olunan yaşından tez verilir. Bu isə hətta ailədaxili münasibətlərə təsir edir. Yaxşı olardı ki, ölkəmizdə ixtisaslaşmış oyuncaq mağazaları olsun ki, valideyn oyuncağın təyinatını bilsin. Belə olan təqdirdə, onlar zərərli oyuncaqlardan uzaq dayanacaqlar”.
Oyuncaqların cinsi var?
Psixoloq bildirib ki, uşaqlarda sağlam cinsi kimliyin inkişafı üçün qız və oğlan oyuncağı arasında ayrı-seçkilik olmamalıdı: “Uşaq istənilən oyuncaqla məhdudiyyətsiz oynayanda bu, sağlam şəxsiyyət inkişafından xəbər verir. Oyuncaqlarda cinsiyyətçi fərqlər və ya məhdudiyyətlər qoyularsa, uşaqların cinsi kimliyinin inkişafında problemlər yarana bilər. Uşağın davranışını məhdudlaşdırmaq onun oyunlar vasitəsilə qazanacağı bacarıqlara mane ola bilər. Valideyn övladında hansı davranışı məhdudlaşdırmağa çalışırsa, əksinə, uşağı həmin davranışa sövq etmiş olur”.
Oyuncaqların sinir sisteminə təsirləri
Nevroloq Elmira Quluzadə qeyd edib ki, qorxunc və vahiməli oyuncaqlar uşaqların şüur altında qorxu hissini formalaşdırır: “Ümumiyyətlə, uşaqların sinir sistemi çox həssasdır. Hətta bizim ciddi hesab etmədiyimiz bir çox məqamlar uşaqlara ciddi təsir göstərə bilər. Təsadüfi deyil ki, uşağı hər zaman nə iləsə qorxuduruq. Həmin qorxu uşaqların şüur altında daim qalır. Sonradan həmin qorxular fobiya ilə əvəz olunur. Qorxunc personajları əks etdirən oyuncaqlar da bu baxımdan zərərlidir. Belə ki, oyuncaq olsa da, şüur altında uşaqlarda həyəcan, qorxu formalaşdırır”.
Uşaqlarda kəkələmə formalaşır
E.Quluzadə qorxunc oyuncaqların fəsadlarından danışıb: “Bu cür oyuncaqlarla oynayan və ya bunun təsirinə məruz qalan uşaqlarda çox vaxt kəkələmə formalaşır. Gecə yerini islatmalar olur.
Bütün dünyada hazırda belə bir tendensiya var ki, oyuncaqlar çox ciddi yoxlanılır, uşağın psixologiyasına təsiri nəzərə alınır. Başqa ölkələrdən yoxlanılmamış, hansı təsiri bağışlayacağı öyrənilməmiş oyuncaqlar satışa buraxılır. Fəsadları da sonradan ortaya çıxır”.
Böyük biznes proyektləri...
Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov qeyd edib ki, əksər oyuncaqlar və cizgi filmləri, uşaqlar üçün olan məhsullar gələcəkdə uşaqların bir istehlakçı kimi bu cür markalı mallara üstünlük verməsinə hazırlıq məqsədi güdür: “Əslində, bunlar böyük biznes proyektləridir. Təkcə mal və xidmətlərdən istifadə edən alıcı hazırlamaq deyil, eləcə də, müəyyən insan qrupunda, ölkələrdə insanların psixoloji durumunu dəyişdirmək üçün aparılan işlərdir”.
Dünyanı idarə edən mərkəzlərin siyasəti
AİB sədrinin sözlərinə görə, təəssüf ki, istənilən humanitar işlərin, uşaqları əyləndirməyin arxa mahiyyətində pul qazanmaq dayanır: “Hətta bəzi ölkələrdə qorxulu maskalarla bağlı bayramlar, Helloin bayramı keçirilir, lakin onların da mahiyyətində pul qazanmaq dayanır. Həmçinin Azərbaycanda da Helloinə maraq göstərənlərin sayı çoxdur. Bütün bunlar insanların durumunu dəyişən, dünyanı idarə edən mərkəzlər tərəfindən aparılan siyasətdir”.
Sanki insanların heyvaniləşməsi üzərində iş aparılır
E.Hüseynovun bildirib, hazırda izafi istehlakçı əsrini yaşayırıq: “Baxın, görün uşaqların nə qədər oyuncağı var?! Müəyyən qorxulu oyuncaqlara meyl böyüdükdə tamam ayrı bir düşüncə tərzi, əhval-ruhiyyə yaradır. Sanki insanların heyvaniləşməsi, insan cəmiyyətindən uzaqlaşması üzərində iş aparılır.
Türkiyədə belə oyuncaqlara qadağa qoyulub, bu, təqdirləlayiq haldır. Təəssüf ki, Azərbaycanda heç bir mal sahəsində geri çağırma adlı bir mexanizm yoxdur. Oyuncaqlar sahəsində isə çatışmayan ciddi məsələlərdən biri budur ki, 18 may 2021-ci ildə Nazirlər Kabinetinin 343 saylı qərarı ləğv edildi. Bu, təhlükəsizliyi təmin olunan mallar siyahısı idi”.
Uşaqları zəhərləyən oyuncaqlar da satılır...
Birlik sədri vurğulayıb ki, uşaq oyuncaqları ölkənin əmtəə bazarına girməzdən öncə sertifikatlaşdırılmalıdır: “İndi heç bir sertifikatlaşdırma işi getmir. Təkcə qorxulu oyuncaqlar yox, eləcə də, ağır metallarla zəngin və uşaqları tədrici zəhərləyən mallar, orqanizmdə ağır metalların toplanmasına rəvac verən oyuncaqlar da Azərbaycanın əmtəə bazarında satılır”.
İdxal qadağan olunmalıdır!
E.Hüseynov bildirib ki, belə qorxulu oyuncaqların Azərbaycan bazarına daxil olmasının qarşısı mütləq alınmalıdır. O, valideynləri də oyuncaq seçimində çox diqqətli olmağa çağırıb: “Belə oyuncaqlar uşaqlarının psixologiyasına mənfi təsir edir və onları insanlıqdan uzaqlaşdırır. Bu cür oyuncaqların idxalı qadağan olunmalıdır!”.
Ümumiyyətlə, uşaqlara çox oyuncaq almaq düzgün deyil. Bunu mütəxəssislər də təsdiqləyir. Çünki çox oyuncaq uşağın fikrini haçalayır. O, bilmir ki, əyləncəsini hansı şəkildə qursun. Oyuncaqlar arasında seçim edərkən beyni yorulur, onları bir-birinə qarışdırır. Ona görə də oyuncaq seçərkən sadə, anlamlı, keyfiyyətli məhsullara üstünlük verilməlidir. Əks təqdirdə bu gün övladımızın psixoloji vəziyyətini, yaşını, dərketmə qabiliyyətini düşünmədən aldığımız oyuncaqlar sabah onların da, bizim də faciəmiz ola bilər...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12

