AMEA Rəyasət Heyətinin iclası keçirilib
22.10.2024 [12:15]
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, iclasda müzakirə olunan birinci məsələ “2024-cü ilin Nobel mükafatı və laureatları: dünya elminin prioritetləri və Azərbaycan elminin vəzifələri” haqqında olub. Məsələ ilə bağlı çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ötən ilin noyabr ayında AMEA-da “Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar” mövzusunda konfrans keçirildiyini xatırladıb. AMEA rəhbəri, eyni zamanda, bu istiqamətdə görülmüş işlərin davamı olaraq akademiyada Nobel mükafatı laureatları Əziz Səncər və Məhəmməd Yunusla görüşlər keçirildiyini söyləyib. Sonra AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyevin mövzu ilə bağlı məruzəsi dinlənilib.
İclasda, həmçinin “AMEA-nın 2025-2030-cu illər üzrə inkişaf konsepsiyası və yol xəritəsi”nin hazırlanması haqqında müzakirə aparılıb, müvafiq komissiya və işçi qrupu yaradılıb.
Tədbirdə müzakirə edilən növbəti məsələ AMEA-nın institutlarında 2024-cü ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatların hazırlanması haqqında olub.
Daha sonra AMEA-TÜBİTAK birgə elmi layihə müsabiqələrinin keçirilməsi haqqında müzakirələr aparılıb. Akademik İsa Həbibbəyli qeyd edib ki, AMEA və TÜBİTAK arasında bu ilin fevral ayında imzalanmış “Azərbaycan Milli Elmlər Akademiyası və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında elm və texnologiya sahəsində əməkdaşlıq haqqında Protokol”un 5-ci paraqrafına əsasən AMEA-nın elmi müəssisələri və Türkiyənin elm və təhsil qurumları arasında avqustun 6-dan noyabrın 5-dək birgə layihə müsabiqəsi elan olunub. Müsabiqə urbanizasiya, şəhər və regional planlaşdırma (dayanıqlı şəhərlər), mədəniyyətlərarası qarşılıqlı əlaqə, dil birliyi üzrə tədqiqatlar, iqtisadiyyat (dairəvi iqtisadiyyat və inkişaf məsələləri daxil olmaqla), seysmologiya, rəqəmsal transformasiya (humanitar və sosial elmlərdə) mövzularını əhatə edir.
AMEA Rəyasət Heyətinin iclasında, həmçinin “Çingiz Aytmatov Ensiklopediyası”nın “Çingiz Aytmatov və Azərbaycan” cildinin hazırlanması haqqında müzakirələr aparılıb. Qırğız xalqının böyük oğlunun Azərbaycan-qırğız ədəbi-mədəni əlaqələrinin inkişafına verdiyi layiqli töhfələri nəzərə alaraq və “Çingiz Aytmatov Ensiklopediyası”nın “Çingiz Aytmatov və Azərbaycan” cildinin hazırlanmasını təmin etmək məqsədilə redaksiya heyətinin yaradılması qərara alınıb.
Həmçinin iclasda AMEA-nın Folklor İnstitutunun strukturunun təkmilləşdirilməsi, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının strukturunun təsdiq edilməsi haqqında qərarlar verilib.
Bundan əlavə, 2025-ci il üçün AMEA-da aparılacaq elmi-tədqiqat işlərinin planlaşdırılması haqqında akademik Arif Həşimov məlumatı təqdim edib.
İclasda AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin strukturunda daxili imkanlar hesabına Herontoloji tədqiqatlar şöbəsinin yaradılması haqqında qərar qəbul edilib.
Daha sonra AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda daxili imkanlar hesabına Türk sənət tarixi və mədəni irsi şöbəsinin yaradılması haqqında müzakirələr aparılıb.
Rəyasət Heyətinin qərarı ilə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda daxili imkanlar və mövcud ştat cədvəli (vahidi) əsasında Türk sənət tarixi və mədəni irsi şöbəsi yaradılıb.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

