AzMİU-da “COP29: Dayanıqlı şəhərsalma və ekoloji çağırışlar” forumu keçirilir
21.10.2024 [15:16]
Oktyabrın 21-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “COP29: Dayanıqlı şəhərsalma və ekoloji çağırışlar” forumunun açılışı olub.
AZƏRTAC xəbər verir ki, beş gün davam edəcək forum çərçivəsində “İkinci həyat – dizaynerlərin gözü ilə” adlı tulantılardan hazırlanmış maketlərin sərgisi, panel müzakirələri, vörkşoplar, rəsm müsabiqəsi, təmizlik və ağacəkmə aksiyaları təşkil olunacaq.
Forumun açılış mərasimində AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, COP29-un Təşkilat Komitəsinin üzvlü, Milli Məclisin deputatı Sevinc Fətəliyeva və Xarici İşlər Nazirliyinin idarə rəisinin müavini, COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi komandasının həmrəhbəri Jalə İbrahimova iştirak ediblər.
Tədbirdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunan forumun ilk günündə “Müasir şəhərsalmada dayanıqlılıq amilləri”, “Enerjidən qeyri-səmərəli istifadə iqlim dəyişikliklərinin səbəbi kimi” və “Su ehtiyatlarından istifadə və ekoloji dayanıqlılıq problemləri” mövzuları ətrafında panel müzakirələri təşkil olunub.
Forumun ikinci günündə tullantılardan istifadə etməklə maket hazırlığı, dibçəklər üzərində Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş rəsmlər, davamlı şəhər inkişafı barədə tələbələrin təklifləri, yeni layihə ideyalarının müzakirəsi həyata keçiriləcək.
Forumun üç və dördüncü günləri təmizlik və ağacəkmə aksiyaları təşkil olunacaq.
Sonuncu gündə isə forumun bağlanışı mərasimi keçiriləcək və fərqlənən iştirakçılar Təşkilat Komitəsi tərəfindən mükafatlandırılacaq.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

