Hər bir ölkə üçün vacib sahə
27.09.2024 [09:06]
Ümumdünya Turizm Günüdür
Turizm istənilən ölkə üçün vacib reallıqlar kəsb edən, bir o qədər də mühüm olan bir sahədir. Hər kəsə bəllidir ki, turizmin dünya iqtisadiyyatındakı yeri və rolu gün keçdikcə sürətlə artır. Hətta tanınmış iqtisadçılar və analitiklər qeyd edirlər ki, dünya iqtisadiyyatının gələcəyi turizm sənayesi və turizm biznesi ilə çox bağlıdır. Bu, heç də mübaliğə deyil. Çünki 20 ildən çoxdur ki, dünyada turistlərin illik orta artım tempi 5,1 faiz təşkil edib, valyuta daxilolmaları isə 14 faiz artıb.
Turizmin dünya ölkələri üçün vacib sahələrdən biri olması barədə söhbət açmağımızın xüsusi səbəbi var. Belə ki, bu gün- sentyabrın 27-si Ümumdünya Turizm Günü kimi qeyd edilir. 1925-ci ildən Cenevrədə müxtəlif adlar altında fəaliyyət göstərən Turizm Təşkilatı 1970-ci il 27 sentyabr tarixdə Ümumdünya Turizm Təşkilatı kimi formalaşıb. 1979-cu ildə Baş qərargahı Madrid şəhərinə köçən təşkilat 27 sentyabr - Ümumdünya Turizm Gününü təsis edib. Bu gün Azərbaycan da daxil olmaqla, dünyanın 150-dən çox ölkəsində turizm təmsilçilərinin bayramı kimi qeyd edilir.
Turizm əsasən sosial-iqtisadi sahə kimi 19-cu əsrin ortalarından inkişaf etməyə başlayıb. Bu dövrə qədər isə turizm fərdi gəzinti və səyahət xarakteri daşıyırdı, qeydiyyata düşmədən müxtəlif əraziləri, ölkələri gəzən adamlara “turist” deyirdilər. 1954-cü ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) yığıncağında “turizm” sözü müzakirə olunub, onun beynəlxalq mahiyyəti, sosial-iqtisadi əhəmiyyəti müəyyənləşdirilib. BMT-nin 1963-cü ildə keçirilən Roma konfransında isə “turist” anlayışına konkret tərif verməyə cəhd edilib. Sözsüz ki, həmin konfransda turizmə konkret tərif verə bilməyiblər. Lakin hazırda turizm bütün dünya miqyasında sosial-iqtisadi sahə kimi inkişaf etdiyinə görə, onun haqqında müxtəlif elmi ədəbiyyatlar meydana gəlib.
“Turizm və Sülh”
Bu il Gürcüstan ilk dəfə olaraq Ümumdünya Turizm Gününə ev sahibliyi edəcək. Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi bununla bağlı məlumat verib. Nazirlik Ümumdünya Turizm Gününün builki mövzusunun “Turizm və Sülh” olduğunu qeyd edib.
Azərbaycan turizm üçün əlverişli məkandır...
Ölkəmizdə turizmin maraqlı tarixi var. İstər qədim, istərsə də orta əsrlərdə Asiyanın mərkəzi ərazilərindən, uzaq Çin və Hindistandan Qara və Aralıq dənizlərinin sahillərinədək uzanan karvan yolları Azərbaycan ərazisindən keçib gedirdi.
Azərbaycanda Ümumdünya Turizm Günü 2001-ci ildən, Beynəlxalq Turizm Təşkilatına üzv olduğumuz vaxtdan qeyd olunur. Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı sərəncama əsasən, Dünya Turizm Günü ölkəmizdə “Turizm işçiləri günü” kimi də qeyd olunur. Bu bayram turizm sahəsində çalışan bütün şirkətlərin əməkdaşları, muzey işçiləri, mehmanxana komplekslərinin rəhbərləri və işçi heyəti - peşəkar səviyyədə rahat və təhlükəsiz istirahəti təmin edən hər bir kəsin bayramıdır.
Məlumdur ki, son illər turizm ölkəmizdə iqtisadiyyatın aparıcı sahəsinə çevrilib. Bu istiqamətdə görülən ardıcıl və məqsədyönlü tədbirlər turizmin inkişafına öz müsbət təsirlərini göstərir. Azərbaycan turist cəlbediciliyi baxımından öz imicini möhkəmləndirib, bu sahəyə dövlət səviyyəsində xüsusi qayğı göstərilir, turizmin inkişafını təşkil edə biləcək dövlət strukturları yaradılıb. Turizmə olan bu münasibətin əsasında sözsüz ki, ölkənin sosial-iqtisadi maraqları dayanır. Həmin sosial-iqtisadi maraqların təminatı üçün isə, Azərbaycan Respublikasının kifayət qədər imkanları və təbii-coğrafi potensialı var. Dünyada mövcud olan 11 iqlimin 9-nun Azərbaycanda olması ölkəmizin turizm üçün əlverişli bir məkan olması haqqında aydın təsəvvür yaradır. Elə bu faktın özü Azərbaycanın beynəlxalq turizm marşrutuna daxil olması üçün kifayət edir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58

