Mingəçevir Dövlət Universitetində Anım Günü qeyd edilib
25.09.2024 [20:32]
Sentyabrın 25-də Mingəçevir Dövlət Universitetində (MDU) 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Zəfərə aparan Vətən müharibəsinin başlandığı gün” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, MDU-nun professor-müəllim heyəti, tələbə və magistrantları iştirak ediblər.
MDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən, Tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin Azərbaycanın tarixində xüsusi yer tutduğunu bildirib. O, 44 günlük Vətən müharibəsi zamanı qəhrəmanlıq göstərmiş Azərbaycan Ordusunun şücaətindən danışıb. Qeyd edib ki, qazanılmış Zəfər torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi baxımından tarixi hadisədir.
Sonra Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Daha sonra MDU əməkdaşlarının məruzələri dinlənilib. Tarix üzrə fəlsəfə doktoru Aygün Qədirova “27 sentyabr Azərbaycan xalqının Qürur və Zəfər tarixidir”, riyaziyyat üzrə fəlsəfə doktoru Rövşən Babayev “Zəfər yolumuzun Anım məqamı – 27 sentyabr”, Tələbə Vətənpərvərlik İnkişaf Mərkəzinin koordinatoru Minayə Hüseynova “Zəfər zirvəsini fəth edən qəhrəman şəhidlərimiz əbədi yaşayacaq”, filologiya üzrə fəlsəfə doktoru Ayna Babazadə “Azərbaycan xalqının mübarizə və qəhrəmanlıq tarixi ədəbiyyatımızda” adlı mövzularda çıxışlar ediblər.
Şəhid ailə üzvləri Azadə Abdullayeva və İldırım Cüməzadə konfransın təşkil edilməsində əməyi olan hər kəsə, o cümlədən bütün MDU ailəsinə təşəkkürlərini bildiriblər. Diqqətə çatdırılıb ki, bu cür tədbirlər vasitəsilə tələbələrə ölkəmizin düşmənə qarşı apardığı mübarizənin əhəmiyyəti və torpaqlarımızın azadlığı uğrunda qəhrəman ordumuz tərəfindən göstərilən şücaət aşılanır. Çıxış edənlər Anım Gününün Azərbaycan xalqı üçün böyük önəm daşıdığını vurğulayaraq, şəhidlərimizin daim sevgi və sayğı ilə yad edildiyini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17

