Təbiətin “qapımızı döyən” xəbərdarlığı....
04.09.2024 [09:25]
Tozlu havanın yaratdığı fəsadlar
Son günlər havada tozlu duman müşahidə edilir.Bəzən qızmar günəş şüalarının ətrafa saçdığı istilik insanları yay mövsümündən usandırır. Havanın azca soyuması, mehin əsməsi isti sevməyən adamlara xoşbəxtlik bəxş edir. Lakin küləyin bir o qədər də özü ilə gətirdiyi toz axını diskomfort yaradır. İnsan orqanizminə öz mənfi təsirini göstərir. Xüsusilə də toza qarşı həssas olan allergik, bronxit xəstələr havanın fəsadları ilə mübazirə aparırlar.
Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasovanın “Yeni Azərbaycan “ a verdiyi məlumata görə, avtomatik stansiyalardan əldə olunan məlumata əsasən, havada tozun miqdarı artıb və hazırda normadan 4-4.5 dəfə yüksəkdir.
“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və Türkmənistan ərazisindən ölkəmizə daxil olub. Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir”.
Tozlu havanın yaratdığı xəstəliklər...
Tozlu hava şəraitinin insan orqanizminə təsirindən danışan terapevt Vəfa Əhmədovanın sözlərinə görə, küləkli havada tozun miqdarı çoxalır, bu da ilk növbədə göz və tənəffüs yollarında olan problemlərin daha ciddiləşməsinə səbəb olur: “Toz əsasən obstruktiv bronxit xəstəliyini yaradır ki, bunun da yaranması üçün tozu uzun müddət qəbul etmək lazımdır. Külək və küləyin qaldırdığı toz hər zaman ziyanlıdır. Çünki toz olan yerdə insan nəfəs aldığı zaman təbii ki, ağciyərlərdə müxtəlif xəstəliklər yarana bilər. Amma o xəstəliklərin yaranmasında insan orqanizmindən da çox şey asılıdır.
Həkimin fikrincə, havada toz dumanının artması ən çox tənəffüs sistemi xəstəlikləri olan, nəfəsalma problemləri yaşayan, allergik xəstəliklərdən əziyyət çəkən insanlara təsir edir:
“Axır vaxtlar allergik xəstələrin sayı artıb. Ola bilər ki, havada toz miqdarının artmasının da buna təsiri var. Havada tozun miqdarının artması qeyd etdiyim problemləri olmayan adamlara da təsirsiz ötüşməz. Çünki ciyərlərimiz təmiz oksigeni alır və karbon qazını buraxır.
Aldığımız havanın tərkibində oksigenin miqdarı az, tozun miqdarı çox olarsa, əlbəttə ki, orqanizmə təsir edəcək. Sabah infeksion xəstəlik, soyuqdəymə, ağciyər xəstəliyi keçirsək, ciyərimiz əvvəlki kimi sağalmaya, müalicə yüz faiz sağalma ilə bitməyə bilər. Çünki insanın sağalmasında ətraf mühitin, ekologiyanın da təsiri var.
Tozlu havadan necə qoruna bilərik?
Terapevt bildirir ki, tozlu hava şəraitində evdən çıxarkən maskalardan istifadə etmək lazımdır. Toz-duman çökənə qədər və ya külək həmin havanı başqa ərazilərə daşıyana qədər insanların həmin havadan qorunması lazımdır. Bakı küləkli şəhər olduğundan bu cür toz-dumanın qalma şansı çox azdır. Amma Azərbaycan ərazisindən havanın çıxması üçün müəyyən vaxt lazımdır. O müddət ərzində insanların hava ilə ciddi təması az olmalıdır. Çünki toz hissəciklərinin tənəffüs yollarına düşməsi bir sıra xəstəliklərə səbəb ola bilər. Maskalardan istifadə etmək, həmin vaxtda çöldə çox qalmamaq evdə olanda isə qapılar,ı pəncərələri mümkün qədər bağlı saxlamaq tozlu havadan qorunmanı təmin edə bilər”.
Gülər İsmayılova
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

