Qırmızı-sarı-yaşıl - 3 rəngli qurğu...
03.08.2024 [11:40]
Çoxsaylı insanın həyatını xilas edib!
Gün ərzində dəfələrlə rastlaşdığımız işıqforlar yol qaydalarının tənzimlənməsində böyük rola malikdir. Ömrümüz çox zaman yollarda keçir. 3 işıqlı bu vasitənin sayəsində baş verə biləcək yol qəzalarının qarşısı alınır, qarışıqlıq yaranmadan avtomobillər öz istiqamətləri üzrə rahat hərəkət edirlər. Ancaq bəzi vaxtlarda bu yollar bizi mənzilə çatdırmır. Məcazi mənada desək, yolumuzu qırmızı işıq kəsir...
İşıqfor sadəcə, məhdudiyyət deyil...
Qırmızı işıqdan söz düşmüşkən, 5 avqustun Beynəlxalq İşıqfor Günü kimi tarixə düşməsindən artıq 110 il ötür. Həmin gün 1914-cü ildə ABŞ-ın Klivlend şəhərində ilk elektrik işıqfor quraşdırılıb. Onun da iki - qırmızı və yaşıl işıq rəngli işıqları olub. Sarı rəngi isə polisin xəbərdaredici fiti əvəz edirdi.
İllər keçdikcə üçrəngli işıqforlar daim inkişaf edərək daha mürəkkəb, rahat və ağıllı olur. Bu gün təkcə avtomobillər üçün deyil, həm də piyadalar, tramvaylar, velosipedçilər və hətta atlar üçün işıqforlar var. Qırmızı siqnalda sağa dönməyə imkan verən oxlar, eləcə də səs siqnalları var ki, görmə qabiliyyəti zəif olan insanlar yolun hərəkət hissəsini təhlükəsiz keçə bilsinlər.
Ola bilsin ki, kimsə işıqforların sadəcə bir məhdudiyyət olduğunu fikirləşir. Amma düşünsək ki, onlar günümüzdə nə qədər insanın həyatını xilas edib, onda yanlarından təşəkkür etməmiş keçmərik. Beynəlxalq İşıqfor Gününü fürsət bilib mövzunu qabartmaqda məqsədimiz son zamanlar yol hərəkəti qaydalarına əməl edilməməsi və nəticədə nəqliyyat hadisələrinin artmasıdır. Etiraf edək ki, xoşagəlməz hadisələrin yaşanmasında əsas səbəblərdən biri sürücülərin və piyadaların tələskənliyidir.
Bu gün bütün dünya ölkələrindəki yol polisi əməkdaşlarının əsas diqqət etdiyi yer piyada keçidləridir. Ölkəmizdə nizamlanan və nizamlanmayan piyada keçidləri var. Nizamlanan piyada keçidlərində hərəkətin nizamlanması işıqfor vasitəsilə həyata keçirilir. Piyadalar bəzən işıqfora fikir vermədən, piyada keçidi olmayan yerlərdən və etinasızca mobil telefon və yaxud qulaqcıqlarla yolu keçmək istəyərkən yol-nəqliyyat hadisələri qeydə alınır.
Təəssüf ki, bunun üçün maarifləndirici tədbirlər görülsə də, qaydalara əməl etməyən, diqqətsiz və məsuliyyətsiz sürücülər, həmçinin piyadalar yenə var. Hər bir ölkədə yol-hərəkəti qayalarının pozulmasına görə, istər piyada, istərsə də sürücülər üçün müvafiq məbləğdə cərimələr tətbiq olunur. Lakin məqsəd piyada və sürücüləri cərimə ilə qorxutmaq yox, yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır.
İşıqforun tələbi nədir?
İşıqforun yaşıl işığı yanan zaman digər istiqamətdən gələn nəqliyyat vasitələrinin, həmçinin piyadaların hərəkətini başa çatdırmasına şərait yaradılması öz əksini tapıb. Ancaq o demək deyil ki, yaşıl işıq yandı, sürücü dərhal hərəkətə başlaya bilər. Bəzən sürücülər işıqforun yaşıl və yaxud qırmızı işığının sönməsinə 1-2 saniyə qalmış sürəti azaltmaq yerinə bir az da artırırlar ki, yolayrıcını tez keçsinlər. Bütün bu tələskənliklər isə bədbəxt hadisələrinin baş verməsinə gətirib çıxarır.
Adətən piyadaların küçə və yollarda hərəkətinə qadağa qoymaq mümkün olmadığı üçün bütün məsuliyyət sürücülərin üzərinə düşür. Bunun üçün də sürücülər daha təmkinli, piyadalarla münasibətdə daha diqqətli olmalı, qarşısına qəfil çıxan piyada ilə məsafəsini nizamlamağı bacarmalıdır.
Lakin bu, piyadaların məsuliyyətinin az olması mənasına gəlməməlidir. Yol hərəkəti qaydalarının tənzimlənməsində sürücülər qədər ən az piyadaların da diqqəti və məsuliyyəti vacibdir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50

