/ / Milli Məclis Şuşa şəhərinin işğal edilməsinin 20 illiyi ilə bağlı beynəlxalq təşkilatlara və dünya parlamentlərinə müraciət edib
Milli Məclis Şuşa şəhərinin işğal edilməsinin 20 illiyi ilə bağlı beynəlxalq təşkilatlara və dünya parlamentlərinə müraciət edib
02.05.2012 [00:13]
B.Muradova deyib ki, beynəlxalq qurumlar tərəfindən Azərbaycana və Ermənistana bu məsələdə fərqli münasibətlər mövcuddur. “Azərbaycan xalqının pozulmuş haqları beynəlxalq qurumlar tərəfindən görməzliyə alınır. Bu gün dünya görmək istəmir ki, Ermənistanda uşaq və qadın qatilləri hakimiyyətə gəliblər. Mən bütün bunları rəsmi şəxs kimi yox, köçkün kimi deyirəm” - deyə, B.Muradova vurğulayıb. Şuşanın işğalı faktına dünya birliyinin laqeyd yanaşmasını pisləyən vitse-spiker ermənilərin qədim Azərbaycan şəhərində keçirdikləri bayram təntənələrinin onu ağrıtdığını bildirib. “Bu gün bir millət olaraq erməniləri cinayətkar adlandırmaq istəməzdim. Amma ölkənin rəhbərliyində uşaq və qadın qatilləri durursa, başqa söz də deyə bilmirəm. Biz Şuşanın işğalının 20 illiyini qeyd edərkən, Ermənistan rəhbərliyi Şuşada bayram keçirmək istəyir. Onlar Şuşanın işğal edilməsinin 20 illiyini qeyd etmək istəyirlər. Onlar bizim soydaşlarımızı oradan didərgin salmalarını bayram edirlər. Buna dünya birliyi də laqeyd şəkildə baxır” - deyə, o vurğulayıb.
B.Muradova bildirib ki, bölgədə sabitliyi təmin etmək üçün beynəlxalq təşkilatlar işğalçılığa hüquqi qiymət verməlidirlər. “Azərbaycan öz problemlərini öz iqtidarı ilə həll edir və bu, bir sıra qüvvələri qane etmir. Bu gün Azərbaycanın hərbi sahədə güclənməsi öz torpaqlarını işğaldan azad etməyə yönəlir. Beynəlxalq təşkilatlar, xüsusən BMT Dağlıq Qarabağ məsələsi ilə bağlı yeni qərarlar qəbul etməlidir. Vaxtilə işğalla bağlı qətnamə qəbul edilib, lakin torpaqların qaytarılması mexanizmi yoxdur” - deyə, o əlavə edib.
Spiker Oqtay Əsədov isə yeni qərarlara ehtiyac olmadığını və mövcud qəbul edilmiş qərarların icrasının vacibliyini vurğulayıb.
Millət vəkili Fəzail Ağamalı işğalçı Ermənistanın beynəlxalq güclər tərəfindən himayə olunduğunu bildirib. O, torpaqlarımızın hərbi yolla azad olunmasının vacibliyini deyərək qeyd edib ki, bu, Azərbaycan xalqının haqqıdır.
Millət vəkili Qüdrət Həsənquliyev də həmkarının fikirlərini dəstəkləyib. O böyük dövlətlərin beynəlxalq hüquqa sayğı ilə yanaşmalarını gözləməyi yersiz sayıb. Millət vəkili, həmçinin, deyib ki, beynəlxalq təşkilatlar böyük dövlətlərin əlində vasitədir.
Millət vəkili Zahid Oruc isə Şuşanın Azərbaycanın ikinci paytaxtı elan edilməsini təklif edib: “Biz beynəlxalq reallıqları bilməli və qiymətləndirməliyik”.
Millət vəkili Aydın Mirzəzadə bildirib ki, Dağlıq Qarabağ məsələsi Azərbaycanın əsas problemidir. Onun sözlərinə görə, Azərbaycan torpaqlarının işğalı Ermənistana uğur gətirməyib: “Ermənilər anlayır ki, onlar müstəqil deyillər. 20-30 il ərzində bu dövlətin varlığı sual altında olacaq”.
YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib ki, Şuşa əhalisi Şuşanın heç vaxt itirilməyəcəyinə inanıb və bunun üçün əlindən gələni edib: “Şuşa əhalisi, özünümüdafiə batalyonu böyük qəhrəmanlıqlar göstərsə də, Şuşanın müdafiəsi ilə bağlı o vaxtkı hakimiyyət kifayət qədər ardıcıllıq nümayiş etdirə bilmədi. Bizim bu itkimizin ən böyük səbəbi lidersizliyimiz, o vaxtkı hakimiyyətin xarici siyasəti düzgün qura bilməməsi, müxalifətin ortaq ümummilli maraqları görə bilməməsi idi. İndi də müxalifət bunu görə bilmir. Bu gün Azərbaycana qarşı hər tərəfdən basqılar var. Biz siyasi proseslər baxımından vacib məkanda yerləşirik. Mən deyərdim, beynəlxalq münasibətlərin sivil mərkəzlərindən biri Azərbaycanın yerləşdiyi ərazidən keçir. Bizə qarşı olan təhdidlərin arxasında da böyük güclərin maraqları dayanır. Bunu göz önünə gətirməliyik, tarixdən ibrət dərsi götürməliyik. Biz bundan sonra da səhv edə bilmərik. Biz gücümüzü toplayıb itirdiklərimizi geri qaytarmalıyıq. Bunların sırasında Şuşa xüsusi yer tutur. Aparılan sülh danışıqlarında Azərbaycan üçün Şuşa həyati əhəmiyyət kəsb edir”.
Millət vəkili Aqil Abbas isə Şuşadan iki dahi şəxsiyyətimizin abidəsinin gətirildiyini xatırladıb: “O abidələr indi haradadır? O abidəni elə yerə qoymaq lazımdır ki, uşaq da, qonaq da görsün. Heykəl də güllələnərmi? Bunu dünya görməlidir”.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı bəyanat hazırlanmasını təklif edib. Onun sözlərinə görə, məhz Şuşa işğal ediləndən sonra torpaqlarımızın işğalı sürətləndi: “Həm Azərbaycan daxilində gedən proseslər, həm də xarici dəstək nəticəsində Ermənistan tərəfindən Şuşa işğal olundu. Şuşa uğrunda döyüş getdi, nə qədər şəhidlər verdik, ancaq bu döyüş qeyri-bərabər idi”.
Millət vəkili vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması dövlətimizin başlıca vəzifəsidir: “Azərbaycan güclü dövlətdir, hərbi potensialımız günü-gündən artır. Bu gün Azərbaycan ordusunun təminatı dünya orduları sırasında ilk 20-liyə daxildir. Bu da onu göstərir ki, sülh danışıqları nəticə verməsə, torpaqlarımız hərbi yolla azad olunacaq. Buna hər bir vətəndaş hazırdır”.
Şuşanı Azərbaycanın döyünən qəlbi sayan millət vəkili Qənirə Paşayeva isə türk dövlətlərinə səslənib. “Türk dövlətləri Şuşanın Ermənistan tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı bəyanat versinlər. İslam Əməkdaşlıq Təşkilatından da mövqe gözləyirik. Onlar tək açıqlama, bəyanat verməməli, Ermənistanla əlaqələrinə yenidən baxmalıdırlar. UNESCO-ya çağırış edirəm. Şuşada azərbaycanlıların izlərini silməyə, qəbiristanlıqlarımızı dağıtmağa çalışırlar. Artıq mədəni soyqırımı gedir”.
İclasda, həmçinin, millət vəkilləri Xanhüseyn Kazımlı, Gövhər Baxşəliyeva, Fərəc Quliyev, Sahibə Qafarova, Astan Şahverdiyev və başqaları çıxış ediblər.
çıxışlardan sonra Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 20 illiyi ilə əlaqədar Avropa Parlamentinə, Avropa Şurasının Parlament Assambleyasına və dünya parlamentlərinə müraciəti qəbul olunub. Müraciəti vitse-spiker Bahar Muradova oxuyub. Müraciətdə deyilir: “20 il bundan əvvəl, 1992-ci il mayın 8-də Azərbaycan Respublikasının Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Şuşa şəhərinin işğalı Azərbaycanın Dağlıq Qarabağ bölgəsini qəsb etmək üçün Ermənistan Respublikasının həyata keçirdiyi hərbi təcavüzün bir mərhələsini təşkil etmişdir. Erməni millətçilərinin Dağlıq Qarabağda apardıqları etnik təmizləmə Şuşa şəhərinin azərbaycanlı əhalisinin qovulması ilə başa çatdırılmışdır. Şuşa şəhərinin əsası 1756-cı ildə Azərbaycan feodal dövləti olan Qarabağ xanlığının başçısı Pənahəli xan Cavanşir tərəfindən qoyulmuşdur. Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalına qədər Şuşa şəhəri Qarabağ xanının iqamətgahı və Qarabağ xanlığının inzibati mərkəzi olmuşdur. Bu şəhər Azərbaycanın dövlətçilik tarixində, ictimai-iqtisadi və mədəni-siyasi həyatında son dərəcə mühüm rol oynamışdır.
1988-ci ildən Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək niyyəti ilə başladığı işğalçılıq müharibəsi və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizi, yəni, Şuşa şəhərinin də yerləşdiyi Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayon - Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonları işğal olunmuş, Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgəsindən 1 milyondan çox azərbaycanlı qovulub didərgin salınmış, 18 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 20 mindən çox dinc sakin yaralanmış, 50 mindən çox adam əlil olmuş, 4 mindən çox adam əsir və itkin düşmüş, girov götürülmüş, 877 şəhər, kənd və qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır. İşğalçılıq müharibəsinin gedişində erməni millətçiləri azərbaycanlı əhaliyə qarşı bir neçə soyqırımı cinayəti, o cümlədən, Xocalı faciəsini törətmişlər.
Məlum olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması məqsədi ilə 1992-ci ilin mayında ATƏT-in Minsk qrupu yaradılmışdır. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası münaqişəyə dair qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrdə Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə təsdiqləmiş və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatlar müvafiq qətnamələr qəbul etmişlər. Münaqişənin nizama salınmasının hüquqi bazasının ayrılmaz hissəsini təşkil edən bütün bu sənədlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənmiş, Azərbaycan torpaqlarının işğalına son qoyulması tələb edilmişdir.
Təəssüf ki, beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair aktlarının həyata keçirilməsi indiyədək təmin edilməmiş, Minsk qrupunun fəaliyyəti ona bəslənən ümidləri doğrultmamışdır. Əgər vəziyyətin bu cür qalmasının bir səbəbi Ermənistan dövlətinin sülh danışıqları prosesində tutduğu qeyri-konstruktiv mövqe, Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina etməsidirsə, digər səbəbi təcavüzkar dövlətin öz adı ilə çağırılmaması, bir sıra hallarda işğalçı dövlətlə işğala məruz qalan dövlətin bir tutulması, beynəlxalq birliyin tələblərini qulaqardına vuran, beynəlxalq qaydaya meydan oxuyan Ermənistan dövləti barəsində lazımi qətiyyət göstərilməməsidir.
Bununla əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentini, Avropa Şurasının Parlament Assambleyasını və dünya parlamentlərini, münaqişənin həllində marağı olan bütün qüvvələri öz səylərini birləşdirməyə çağırır. Biz gözləyirik ki, nəinki Cənubi Qafqaz bölgəsində, həm də bütün Avropada sülh və sabitlik üçün təhlükə törədən bu münaqişə ocağının aradan qaldırılması, Ermənistan Respublikasının işğalçılıq siyasətindən əl çəkməyə sövq edilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi üçün beynəlxalq birlik qəti mövqeyini nümayiş etdirəcəkdir”.
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06

