/ / Hikmət Babaoğlu: Videoçarxda olan görüntülərə bəraət qazandırmaq cəhdləri də məqbul hesab edilə bilməz
Hikmət Babaoğlu: Videoçarxda olan görüntülərə bəraət qazandırmaq cəhdləri də məqbul hesab edilə bilməz
20.03.2012 [22:58]
Müstəqil mətbuatın, yaxud rəsmi mətbuat orqanlarının yazdığı tənqid dərhal müxalifət mətbuatında manipuliyasiya vasitəsinə çevrilir. Beləliklə, bizim tənqid etmək hüququmuz ən yumşaq şəkildə ifadə etsək məhdudlaşdırılır.
Elə bu günlərdə “Yeni Azərbaycan” qəzetinin redaksiyasında, müxalifət mətbuatı tərəfindən ictimai xadim, məşhur jurnalist kimi xarakterizə olunan “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın fəaliyyətinə qısa nəzər salmaqla ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə hazırlanan tənqidi yazımız da qeyri-adekvat münasibətlə üzləşdi. Görünür, ölkəmizdə sabitliyin və inkişafın mövcudluğundan narahat olan bəzi üçüncü qüvvələr bunu fürsət bilib bir gün sonra X.İsmayılovanın şəxsi həyatını əks etdirən məlum videoçarxı internet şəbəkəsində nümayiş etdirirlər. Hadisələrin bu cür inkişafı əsla iqtidarın, hakim partiyanın və “Yeni Azərbaycan” qəzetinin marağında ola bilməzdi. çünki bu məsələ ölkəmizdə məhz iqtidar tərəfindən formalaşdırılan demokratik mətbuat ənənələrinə ziddir. Yaxşı olar ki, elə müxalifət də baş vermiş hadisəni soyuqqanlı və sağlam məntiqlə təhlil edərək doğru qənaətə gəlsin. Bu işdə kimin (kimlərin) maraqlı ola biləcəyi ehtimalını götür-qoy etsin. Məsələn, İranda mövcud olan bəzi antiazərbaycançı mərkəzlər son dövrlərdə vaxtaşırı Azərbaycana qarşı müxtəlif çıxışlar edir və ölkəmizdə də çoxsaylı qrupların tapılaraq ifşa olunması ona dəlalət edir ki, verilən bəyanatların arxasında həm də real əməl durur. Eyni zamanda, Azərbaycanla ənənəvi xoş münasibətləri olan ölkələrlə Azərbaycanın münasibətləri gərginləşdirilməyə çalışılır. Belə olan halda düşünmək olar ki, bəlkə elə bu addım da həmin məqsədlərə hesablanıb.
Məsələnin başqa tərəfinə gəldikdə isə “Yeni Azərbaycan”ın ölkəmizdə bərqərar olmuş söz və mətbuat azadlığından istifadə edərək real faktlara söykənərək yazdığı bir tənqid bu qədər müzakirə mövzusu olursa onda biz neçə illərdir başda “Azadlıq” qəzeti olmaqla müxalifət mətbuatının ölkəmizin ən nüfuzlu ictimai-siyasi xadimləri, dövlət məmurları ziyalıları, incəsənət xadimləri və s. haqqında yazdıqları heç bir əsası olmayan, əksər hallarda tənqid deyil, təhqir şəklində yazılan bəzi hallarda hətta qeyri-əxlaqi və qeyri-mətbu ifadələrlə təsvir olunan yazılar haqqında görəsən niyə belə müzakirələr açılmır? Əgər müxalifət mətbuatının yazdığı bütün bunların məhkəmə-hüquq müstəvisində aydınlaşdırılması zəruri hesab edilərsə, o zaman nə baş verər? “Yeni Azərbaycan”ı tənqid edən RATİ-nin sədri qeyd edir ki, həmin yazı videoçarx meydana çıxdıqdan sonra “Yeni Azərbaycan”ın saytından yığışdırılıb. Görünür, xatırlatmalı olacağıq ki, sayt hər gün yeniləndiyi üçün əvvəlki materiallar arxivə köçürülür. Əgər Emin Hüseynli zəhmət çəkib arxivimizin 13 mart tarixinin üstündən vursa yazının orada olduğunu görəcək. “Yeni Azərbaycan” qəzeti nə yazdığını, nə üçün yazdığını və necə yazdığını bilən və yazdıqlarının da məsuliyyətini daşıyan bir qəzetdir. Heç bir zaman əsassız, arqumentsiz tənqid yazmayıb. Heç bir zaman heç kesi təhqir etməyib.
Əgər bu gün Azərbaycan cəmiyyətində siyasi şou vasitəsilə populyarlaşmağa və siyasi divident əldə etməyə çalışan, cəmiyyətə zərərçəkən kimi görünməklə xalqımızın humanist duyğularını istismar edərək qəhrəman olmaq istəyən xədicə ismayılovalar varsa, deməli hadisələrin bu cür inkişafında da bəlkə elə onların özləri və ətraflarındakılar maraqlıdır, Videoçarxın çəkilməsini və yayılmasını pisləməklə bir məsələni vurğulamağı da vətəndaşlıq borcu hesab edərək bildiririk ki, bəzi həmkarlarımızın X.İsmayılovadan zərərçəkən obrazı yaratmaqla bir növ videoçarxda olan görüntülərə bəraət qazandırmaq cəhdləri də məqbul hesab edilə bilməz. Ziyalılıq və azərbaycançılıq o deməkdir ki, hansı şəraitdə olursaq olaq özümüzə və mənəviyyatımıza sadiq qalmalıyıq”.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43

