Əli Kərimli İsa Qəmbəri İP-dən uzaqlaşdırdı
13.01.2012 [23:56]
Yarandığı gündən yalnız radikal düşərgənin inhisarı uğrunda mübarizə ilə yadda qalan İP-dəki fikir ayrılığı, o cümlədən, özünü cəmiyyətə “müttəfiq” kimi təqdim edən partiyaların əsas məqsədləri artıq tam aydınlığa qovuşur. İP Koordinasiya Şurasına keçirilən son seçkilərdə Ə.Kərimlinin artıq İ.Qəmbərə qarşı açıq kampaniya apardığı aşkar oldu. Qeyd edək ki, seçkidən bir gün öncə İ.Qəmbər bir neçə adamın quruma seçilməsi üçün müraciət etmişdi. Amma bu müraciət heç bir işə yaramadı və nəinki AXCP üzvləri, bəlli oldu ki, heç müsavatçılar da onun sözünə artıq fikir vermir. Bu isə İ.Qəmbərin “siyasi çəkisinin” hansı səviyyədə olduğunu göstəricisi kimi də xarakterizə oluna bilər. Sözü ən yaxın tərəfdaşları tərəfindən saya salınmayan birisinin hansı əsasla böyük iddialar irəli sürməsi gülüncdür. Digər tərəfdən, bu, Ə.Kərimlinin qurultayqabağı İ.Qəmbərə “mesajı” da sayıla bilər. Təbii ki, İ.Qəmbər bunu şəxsi qarşıdurma çərçivəsində izah etməsə də, İP Koordinasiya Şurasından kənarda qalan Vaqif Hacıbəyli məsələyə münasibət bildirməklə aydınlıq gətirib. V.Hacıbəyli bildirib ki, seçkiyə bir gün qalmış AXCP-dən gələn göstərişə əsasən, İ.Qəmbərin səs istədiyi namizədin seçilməsinə qarşı embarqo gəlib. Maraqlıdır ki, əgər Müsavat partiyası iddia etdiyi kimi, radikal düşərgənin ən aparıcı siyasi qüvvəsidirsə, niyə AXCP-nin sözü ilə oturub-durur? Hətta bu uğurda sədrin sözünün bir quruş qiymətinin olması faktı da bu fikri daha da dərinləşdirir. V.Hacıbəyli bildirib ki, radikal düşərgədə nə qədər seçkinin “demokratikliyindən” dəm vursalar da, KŞ-ya seçilən adamların adları bir gün əvvəldən konsensus əsasında razılaşdırılıb. Yəni, hansısa “demoukratik seçkidən” söhbər belə getmirmiş. Bu isə radikal düşərgənin daha bir yalanını üstünün açılmasına səbəb oldu...
Bununla yanaşı, V.Hacıbəyli bildirib ki, seçki günü səhər saatlarında AXCP üzvləri artıq onun əleyhinə açıq təbliğat aparıb. Bu isə məsələnin arxasında birbaşa Ə.Kərimlinin dayanmasından xəbər verir. Axı, bir gün əvvəldən müttəfiqi İ.Qəmbərin V.Hacıbəylinin KŞ-ya seçilməsi ilə bağlı müraciətindən Ə.Kərimlinin xəbəri var idi. AXCP üzvləri isə Ə.Kərimlinin icazəsi olmadan heç bir məsələyə mövqe müəyyənləşdirmirlər. Bunu AXCP üzvləri özləri də dəfələrlə bildiriblər. Demək ki, İ.Qəmbər nə qədər də etiraf etmək istəməsə də, Ə.Kərimlinin ona qarşı açıq savaş açdığı bəllidir. Qeyd edək ki, Ə.Kərimlinin son zamanlarda bütün radikal düşərgə təmsilçilərinə qarşı olması məsələsi artıq müəyyən müddət idi ki, KİV səhifələrində özünə yer tapmışdı. Amma bu məsələnin bu cür aşkar şəkildə biruzə verilməsi AXCP sədrinin artıq İ.Qəmbərdə heç bir perspektiv görməməsindən qaynaqlandığını deməyə əsas verir. Vurğulamaq yerinə düşər ki, Müsavat daxilində hər zaman Ə.Kərimlinin arzusu ilə qarşıdurmalar yaradan qruplaşma mövcuddur və Ə.Kərimlinin yenidən həmin qruplaşmadan istifadə edərək partiyada qarışıqlıq yaradacağı da istisna deyil.
Digər tərəfdən, artıq bir neçə partiya da yeni radikal “birliyin” əsasını qoyub. Maraqlıdır ki, həmin birlikdə təmsil olunan partiyaların da hansı məqsədlə bir araya yığılması maraq doğurur. O baxımdan ki, həmin birlikdə yer alan KAXCP, Azadlıq Partiyası və ACP vaxtilə Müsavat partiyası ilə bir birlikdə təmsil olunublar. Bu kiçik masştablı partiyalar özlərini siyasi gündəmə gətirmək üçün fürsət qazanıblar. İ. Qəmbərin qeyri-rəsmi də olsa İP-in ucunu Ə.Kərimliyə verməsindən sonra həmin partiyalar bir araya gələrək Müsavatı da özlərinin birliyinə cəlb etmək niyyətindədirlər. Bu isə onu deməyə əsas verir ki, gələcəkdə yeni Müsavat-AXCP qarşıdurmasında başqa partiyaların “atmacaları” da özünə yer tapacaq. Yeri gəlmişkən, həmin birlikdə yer alan ALP də vaxtilə AXCP tərəfindən yarı yolda qoyulan partiyalardandır. Bu baxımdan ALP-nin də bu yeni inhisar savaşında Müsavatın tərəfinə keçməsi təbiidir. Yəni, müxalifətdaxili çəkişmələrin yeni mərhələsində artıq cırtdan partiyalar cəbhələrə bölünərək öz mövqelərini rəsmiləşdiriblər.
Hər bir halda artıq düşərgə öz yalanları və xəyanətləri ilə özlərini hansı səviyyəyə düşürdüklərini görürlər. Xaricdən maliyyə əldə etmək üçün ən iyrənc metodlardan, “müttəfiq” adlandırdıqları insanlara qarşı kompramat savaşı aparmaqdan istifadə edən bu insanların siyasət anlayışının hansı dərəcədə olduğu bir daha xalqa nümayiş olunur. O ki, qaldı bu partiyaların bir-birilərinə qarşı aparacaqları təhqir dolu savaşın hansı konturlar üzrə inkişaf edəcəyinə, bunu yaxın zamanlarda həmin partiyaların nəzarətlərində olan KİV-lərin səhifələrində görəcəyik... çünki onların bir-birilərinə qarşı metodları da dəyişmir...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

