/ / Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Avropa Şurasının təqdim etdiyi demokratik seçkilər sistemini seçib
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Avropa Şurasının təqdim etdiyi demokratik seçkilər sistemini seçib
07.09.2011 [10:57]
Dünən Mərkəzi Seçki Komissiyasında (MSK) Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri (DSK) üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam etdirilib.
Dairə seçki komissiyalarının sədrləri üçün ixtisaslaşdırılmış kursların keçirilməsini yüksək qiymətləndirən Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Seçki prosesində aşkarlıq institutları, onların həyata keçirilməsində KİV-lərin rolu” mövzusunda məruzə ilə çıxış edib.
Seçkinin dinamik bir proses olduğunu vurğulayan şöbə müdiri qeyd edib ki, ölkəmizdə qanunvericilik aktları getdikcə yeniləşir, təkmilləşir. Bu səbəbdən MSK-da təşkil olunan kursların bütövlükdə seçki prosesinə böyük təsiri olur. “DSK-ların vəzifəsi təkcə dairələr ərazisində seçki keçirməkdən, hakimiyyət institutlarını formalaşdırmaqdan ibarət deyildir. Onlar, eyni zamanda, ictimai institutlar kimi ölkənin ictimai-siyasi həyatında, beynəlxalq aləmdə Azərbaycan ilə bağlı hadisələrlə mütəmadi tanış olmalıdırlar”, - deyən Ə.Həsənov bildirib ki, seçki institutlarının formalaşması uzun bir dövrün məhsuludur. Qədim dünya hüququnun, dövlət idarəçilik sistemlərinin formalaşması - bunlar hamısı ayrı-ayrı dövrlərdə müxtəlif seçki institutlarının yaradılması və onların vasitəsilə hakimiyyətin formalaşdırılması prosesi çərçivəsində baş verib.
ölkəmizdə müstəqillik illərində keçirilən seçkilərin tarixi barədə danışan Ə.Həsənov deyib ki, Azərbaycanda ilk seçkilər köhnə qaydalarla keçirilirdi: “1995-ci ildən başlayaraq isə Azərbaycanda keçirilən seçkilərdə seçki sisteminin təşəkkül tapmasına şərait yaradılıb. Keçirilən seçkilərdə bu proses ildən-ilə daha da təkmilləşib. İndi ölkəmizdə Avropa Şurasının təqdim etdiyi demokratik seçkilər sistemindən istifadə edilir. Azərbaycan Avropa Şurasına daxil olduqdan sonra istər prezident, istər parlament, istərsə də bələdiyyə seçkilərində fəaliyyətimizi bu qurumla əlaqələndirmək yolunu tutmuşuq. Demokratik dövlət quruculuğu prosesini keçmiş bütün ölkələrin həyatında iki əsas amil dayanır. Bu amillərdən biri qanunvericilik, digəri isə şəffaflıqdır”.
Qanunvericiliyin qorunmasının vacibliyini vurğulayan Ə.Həsənov bildirib ki, bütün fəaliyyət sahələrində qanuna əsaslanmalı, bu və ya digər normalara əməl olunmalıdır. Hüquqi dövlətin əsas prinsipi də elə bundan ibarətdir. Demokratik dövlətləri fərqləndirən ən mühüm prinsiplərdən biri isə şəffaflıqdır. “Keçmişdə də qanunların diktaturasına söykənən dövlətlər olmuşdur. Amma oradakı proseslər şəffaf olmamışdır. İndiki demokratik hüquqi dövlət quruculuğu prosesinin özündə şəffaflıq anlayışı vardır və şəffaflıq tələb olunur. XX əsrin demokratik idarəçilik sistemləri ilə əvvəlki hüquqi idarəçilik sistemləri arasındakı fərqlərdən biri şəffaflığın bütün fəaliyyət sahələrini əhatə etməsidir”, - deyə şöbə müdiri vurğulayıb.
Seçkilərin keçirilməsində şəffaflıq tədbirlərindən danışan Ə.Həsənov bildirib ki, şəffaflıq sadəcə proses deyildir, həm də seçkilərin gedişinin və nəticələrinin obyektiv işıqlandırılması deməkdir.
Dairə seçki komissiyalarının sədrlərinə seçkilərin keçirilməsində KİV-lərin fəaliyyəti barədə məlumat verən şöbə müdiri deyib ki, jurnalistlər həyatımızın hər bir sahəsində olduğu kimi, seçkiləri obyektiv işıqlandırmalıdırlar: “KİV təmsilçiləri şəffaf və dəqiq informasiya verməlidirlər. Şəffaf informasiyanın bir neçə yolu vardır. Onlardan biri və əsası odur ki, jurnalist birbaşa informasiya verəcəyi obyektlə ünsiyyətdə olmalı, məlumat toplamalı, dəqiq, yalana söykənməyən informasiya verməlidir. Bəzi qəzetlərin informasiya ötürmək funksiyasını siyasi və maddi ambisiyalarına qurban vermələrindən təəssüfləndiyini bildirən şöbə müdiri qeyd etmişdir ki, insanlar daha çox televiziya və radio vasitəsilə təqdim olunan informasiyalara inanırlar. Eyni xəbəri qəzetdə oxuyan şəxs, həmin informasiyanı televiziya və ya radioda eşitməmiş ona inanmır.
Əgər bir oxucu qəzetdən obyektiv məlumat ala bilmirsə, deməli, həmin mətbu orqan öz ictimai-siyasi vəzifəsini yerinə yetirmir. Bəzi qəzetlər hökumətin gördüyü işi bütövlüklə pisləyir, bəziləri tərifləyir. Vətəndaşlar özləri ortaq mövqe axtarmalı olurlar. Əslində isə qəzetlər bütün məsələləri tam şəffaf, obyektiv təqdim etməlidirlər.
İnternet saytlarında yayılan informasiyalara da toxunan şöbə müdiri bildirib ki, İnternet insanlar arasında kommunikasiyanı asanlaşdırdığı kimi, tərbiyəsizliyi yaymaqla da məşğuldur. Lakin hər kəs qanun qarşısında məsuliyyət hiss etməlidir. “Demokratiya dərk olunmuş nizam-intizamdır, anarxiya deyildir”, - deyə Ə.Həsənov vurğulayıb.
Şöbə müdiri İnternetin faydalı tərəfləri ilə yanaşı, mənfi cəhətlərinin də olduğunu bildirərək deyib: “İnternet informasiya azğınlığı probleminə çevrilmiş, hətta terrorizmi də asanlaşdırmışdır”.
Məruzədən sonra Əli Həsənov dairə seçki komissiyası sədrlərinin suallarını cavablandırıb.
Sonra Ədliyyə Nazirliyinin Qanunvericilik və Hüquqi Təbliğat İdarəsinin rəis müavini Sübhi Kazımov da “Seçki prosesi iştirakçılarının hüquq və vəzifələri” mövzusunda məruzə ilə çıxış edib.
Dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların əhəmiyyətindən danışan S.Kazımov bildirib ki, bu cür təlimlərin seçki sahəsində maarifləndirmə işinin gücləndirilməsi, dairə seçki komissiyalarının sədrlərinin peşəkar hazırlığının artırılmasında rolu böyükdür.
O, seçkilərin ədalətli və demokratik keçirilməsi yolu ilə qanuniləşdirilmiş hökumətlərdə hakimiyyətin demokratikliyinə qarşı olan əngəllərin aradan qaldırıldığını bildirib.
MSK Katibliyinin müdiri Rövzət Qasımov isə “Yerli və beynəlxalq müşahidənin bəzi xüsusiyyətləri” mövzusunda seminarda çıxış edərək dinləyicilərə ətraflı məlumat verib.
Sentyabrın 11-dək davam edəcək kurslarda bir sıra dövlət strukturlarının məsul şəxsləri və hüquqşünas alimlər mühazirələr oxuyacaqlar. Kursların sonunda dairə seçki komissiyalarının sədrlərinə sertifikatlar təqdim ediləcək.
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

