YAP İctimai Palatanın "Yol xəritəsi"ni darmadağın etdi
19.08.2011 [10:23]
Hakim Yeni Azərbaycan Partiyası (YAP) müxalifətçi İctimai Palatanın ölkədə demokratik dəyişikliklər üçün hakimiyyətə təqdim etdiyi “Yol xəritəsi” adlı sənədi rədd edib. Bu barədə Modern.az-a açılamasında YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı sənədin müzakirəsi ilə bağlı hakim partiyaya ünvanlanmış müraciəti şərh edərkən bildirib.
“İctimai Palata adlanan qurumun toplantısı və onun sənədi ölkənin ictimai rəyi üçün heç bir əhəmiyyət kəsb etmir. İctimai Palata guya “demokratiyaya keçid haqqında” hansısa sənəd hazırlayıb. Əvvəla, Azərbaycan demokratik ölkədir. ölkədə keçid dövrü başa çatıb. Bu gün ölkədə hansısa prosesdə keçidə ehtiyac varsa, bu da həmin o radikal, pas atmış müxalifətin yeniləşməsinə, yeni dövrə uyğunlaşmasına keçid ola bilər” - deyə, YAP İcra katibinin müavini bildirib.
M.Qurbanlı deyib ki, İctimai Palatanın hazırladığı sənədi oxumağa belə, ehtiyac yoxdur: “Bunlar pas atıblar. İctimai Palatadan naftalin iyi gəlir. Naftalin iyi gələnlərin sözlərinə qulaq asmaq adamda ürəkbulanması yaradır. Buna görə, nə onların yazdığı sənədi oxumağa, nə də onlara qulaq asmağa ehtiyac var. Mənasız çıxışlar, mənasız söhbətlərdir. “İctimai Palata” adlanan qurum mənasız adamların mənasız yığnağından ibarətdir”.
Deputat “İctimai Palata” anlayışını da ələ salıb: “Palata nə deməkdir? Palata sözünü başqa sözlə ifadə etsək, siyasi baxımdan xəstələrin palatasıdır. Ona görə də orada nə iştiraka, nə də müzakirəyə ehtiyac var. Yığışırlar, mənasız danışıb, dağılışırlar”.
Hakim partiyanın İcra katibinin müavini “Yol xəritəsi” adlı ifadənin kənardan gətirilmə olduğunu bildirib: “Nə “Yol xəritəsi”? Amerikada bir söz ifadə olunan kimi, onu öz leksikonlarına daxil edirlər. İngilis dilində bu termin işlədilir. Bizdə o ifadəni dilə gətirməklə nə demək istəyirlər? Hansısa siyasi prosesdən hansı prosesə keçməklə bağlı danışırlar. Belə mənasız adamlara cavab vermək belə istəmirəm”.
Xəbər lenti
Hamısına baxSiyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20

