Azərbaycanda bütün siyasi partiyalar yenidən qeydiyyata alınacaq
08.06.2011 [10:08]
Azərbaycanda “Siyasi partiyalar haqqında” yeni qanun qəbul olunandan sonra bütün siyasi partiyalar yeni tələblərə uyğun şəkildə yenidən qeydiyyatdan keçməlidir. Bu barədə çərşənbə axşamı Trend-ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
“Qeydiyyatla bağlı təklifimiz ondan ibarətdir ki, siyasi partiyalar seçicilərin 0,1 faiz imzasını toplamalıdır. Azərbaycanda 5 milyona yaxın seçici var və onların 0,1 faizi 5 min nəfər edir. Dünyanın müxtəlif ölkələrində bu sistem tətbiq olunur. Misal üçün ABŞ-ın bəzi ştatlarında bu göstərici 7 faizə qədərdir. Bəzi dövlətlərdə 2 faizdir. Partiyalar respublika üzrə fəaliyyət göstərirlər. Ona görə də düşünürük ki, imzaların toplanması respublika üzrə aparılmalıdır. Hər bir seçki dairəsindən təqribən 200 imza toplanmalıdır”, - Novruzov əlavə edib.
Onun sözlərinə görə, bu cür praktika Ukraynada və dünyanın bir çox ölkələrində var.
“Hətta Ukraynanın siyasi partiyalar haqqında qanununda şəhərlərin adları da göstərilib. Qeyd olunub ki, Xarkovdan, Krımdan və başqa regionlardan nə qədər səs toplanmalıdır. İstəyirik ki, bu, Azərbaycanda da tətbiq olunsun ki, partiyalar məhəlli partiyalar yox, ümumrespublika partiyaları olsun. Siyasi partiyaların yenidən qeydiyyata görə qorxmağına heç bir əsas yoxdur, çünki qeydiyyatla bağlı ən asan sənədləşmə Azərbaycandadır”, - Novruzov vurğulayıb.
YAP funksioneri onu da qeyd edib ki, siyasi partiyaların sosial bazası olmalıdır.
“Əgər siyasi partiya alternativ layihələr təklif edirsə, özünün hakimiyyətə gəlmək iddiasını ortaya qoyursa, bu zaman sosial bazası və elektoratı olmalıdır. Bu sosial baza olmadıqda siyasi iddialar irəli sürməyə də ehtiyac yoxdur”, - o qeyd edib.
Novruzovun sözlərinə görə, partiyaların yenidən qeydiyyatdan keçməsi maliyyələşmə məsələsi ilə də bağlıdır.
“Sosial bazanın göstərilməsi siyasi partiyaların maliyyələşməsi üçün vacibdir. Partiyalar dövlət büdcəsindən maliyyələşən zaman əvvəlki qaydalar tətbiq olunarsa, üç-beş nəfər yığışa, partiya yarada və sonra tələb edə bilər ki, onlara maliyə vəsaiti verilsin. Baş verə biləcək belə halların qarşısını almaq üçün müəyyən addımlar atılmalıdır”, - millət vəkili bildirib.
Xəbər lenti
Hamısına baxMaraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18

