Yazıçı-publisist Elmira Axundovanın "Dostlarımın gözəl çöhrəsi" kitabının təqdimatı olub
27.05.2011 [10:13]
AzərTAc xəbər verir ki, tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı Jalə Əliyeva kitaba tanınmış publisistin dövlət, incəsənət, mədəniyyət, ictimai xadimlər haqqında qələmə aldığı ədəbi portretlər, bədii rəylər, esselər və analitik məqalələrin daxil edildiyini bildirib.
Diqqətə çatdırılıb ki, müəllifin bu yazıları müxtəlif vaxtlarda Azərbaycanın və xarici ölkələrin mətbuat orqanlarında işıq üzü görüb. Kitabda Azərbaycan Prezidenti İlham Əliyev, ölkənin birinci xanımı Mehriban Əliyeva, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, görkəmli jurnalist Nəsir İmanquliyev, ictimai xadimlər Rzaqulu Quliyev, Rafiq Xələfov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, qazax şairi və mütəfəkkiri Oljas Süleymenov, dünya şöhrətli müğənni Müslüm Maqomayev, yazıçılar Anar, çingiz Abdullayev, AzərTAc-ın baş direktoru Aslan Aslanov və digər sənət və qələm ustalarının ədəbi-siyasi portretləri təqdim edilir.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq Yazıçısı Anar müəllifin yaradıcılığına yüksək qiymət verərək, onun ilk növbədə, yazıçı olduğunu vurğulayaraq deyib: “Elmira Axundova jurnalist, ədəbi tənqidçi, publisist kimi təqdim olunsa da o, ilk növbədə yazıçıdır. O, bədii nəsrin ustasıdır. E.Axundovanın müəllifi olduğu ədəbi portretlər elə böyük nasir məharəti ilə yazılıb ki, onları bədii əsər kimi qiymətləndirmək olar”. AYB-in sədri, eyni zamanda, Elmira Axundovanın kitabının bugünkü təqdimatının onun doğum gününə təsadüf etdiyini də qonaqların diqqətinə çatdıraraq müəllifi təbrik edib.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov çıxış edərək Elmira Axundovanı kitabın təqdimatı və doğum günü münasibətilə Prezident Administrasiyası adından təbrik edib. O, yazıçı-publisist E.Axundovanın yeni kitabını dostluğa olan hörmətin bariz nümunəsi adlandıraraq müəllifin tanınmış şəxsiyyətlərin ədəbi və siyasi portretlərini yaratmaqla yanaşı, onları sadə insanlara çox yaxınlaşdırdığını qeyd edib. E.Aslanov vurğulayıb ki, müəllifin Azərbaycan Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva haqqında qələmə aldığı fikirlər sadəliyi və ifadə gözəlliyi ilə seçilir.
Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Milli Məclisin deputatı, Xalq Şairi Sabir Rüstəmxanlı, “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, tanınmış modelyer Fəxriyyə Xələfova və başqaları Elmira Axundovanın çoxşaxəli yaradıcılığından danışıb, ona yeni yaradıcılıq uğurları arzulayıblar.
Mərasimin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən Elmira Axundova sayca 11-ci olan bu kitabında son 7 ildə özünə dost və yaxın bildiyi insanlar haqqında bədii janrda yazdığı məqalələrin yer aldığını vurğulayıb. Publisist yeni kitabını Azərbaycanın görkəmli şəxsiyyətlərinin kollektiv portreti kimi səciyyələndirib. Müəllif bildirib ki, kitabdakı məqalələr rus dilində dərc olunduğu üçün bu dildə işıq üzü görüb. Tezliklə kitab Azərbaycan dilinə tərcümə edilərək oxuculara təqdim olunacaq.
Yazıçı, eyni zamanda, Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş 6 cildlik “Heydər Əliyev: şəxsiyyət və zaman” roman-tədqiqatı üzərində işi davam etdirdiyini deyib. Bildirib ki, gələn il kitabın 5-ci və 6-cı cildlərinin təqdimatının keçirilməsi planlaşdırılır.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

