/ / Azərbaycanın siyasi partiyaları ATƏT PA-nın sədrinə Dağlıq Qarabağla bağlı narahatlıqlarını bildiriblər
Azərbaycanın siyasi partiyaları ATƏT PA-nın sədrinə Dağlıq Qarabağla bağlı narahatlıqlarını bildiriblər
14.05.2011 [00:56]
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar ATƏT PA-nın sədri Petros Eftimiu ilə görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı narahatlıqlarını bildiriblər. Trend-in məlumatına görə, bunu dünən jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi, millət vəkili Əli Əhmədov deyib.
“Görüşdə əsas etibarilə siyasi partiya təmsilçiləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz narahatlıqlarını bildiriblər. Hesab edirəm ki, bu, tamamilə qanuna uyğundur. çünki Minsk qrupu ATƏT çərçivəsində fəaliyyət göstərir. Təəssüf hissi ilə demək lazımdır ki, uzun müddət keçməsinə baxmayaraq, Minsk qrupu Dağlıq Qarabağ probleminin həllində səmərəli fəaliyyət göstərə bilməyib”, - Ə.Əhmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində ATƏT-ə və onun Minsk qrupuna ciddi əsaslara söykənən tənqidi fikir mövcuddur. Bütün bunlar ATƏT PA sədrinin diqqətinə çatdırılıb: “Biz Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrinin mövqelərini ifadə etməklə bütövlükdə Azərbaycan cəmiyyətinin bu məsələyə yanaşmasını ATƏT-in rəsmi dairələrinə çatdıra biləcəyik. Görüşdə digər məsələlər ətrafında ayrı-ayrı siyasi təşkilatların fikirləri səsləndirildi. Kifayət qədər səmərəli bir görüş oldu. Belə görüşlər Azərbaycanda bu vaxta qədər çox olub və yəqin ki, bundan sonra da olacaq. Mən bu görüşlərin əhəmiyyətini tamamilə heçə endirmək istəmirəm. Münaqişənin nizama salınması üçün bu cür görüşlərin əhəmiyyəti var. Əlbəttə, münaqişənin həll olunması kontekstində də belə görüşlərin faydası var. Ədalətli sülhün əldə olunması nöqteyi-nəzərindən bu görüşləri faydalı hesab edirəm, amma belə görüşlərin səmərəsi artırılmalıdır. Biz istəyirik ki, bu görüşlər sadəcə fikir mübadiləsi çərçivəsindən kənara çıxmayan görüşlərə çevrilməsin. Bu fikirlər də ATƏT PA-nın rəsmisinin diqqətinə çatdırıldı”.
Ə.Əhmədovun sözlərinə görə, görüş zamanı ermənilərin Orta Asiyadan Azərbaycanın işğal altındakı ərazilərinə köçürülməsi məsələsinə də toxunulub.
Əli Əhmədov deyib ki, görüş zamanı Azərbaycanda demokratiyanın vəziyyəti də müzakirə olunub: “Azərbaycanda demokratiya sahəsində ciddi addımlar atılıb. ölkəmizdə demokratik təsisatlar mövcuddur, demokratik dəyərlər təsbit olunub. Azərbaycan bu istiqamətdə irəliyə gedir və bundan sonra da istər ATƏT-in qurumları ilə, istərsə də digər təşkilatların qurumları ilə Azərbaycanın bu sahədə əməkdaşlığı davam edəcək. Biz Azərbaycanın demokratikləşməsinə bir proses kimi baxırıq və hesab edirəm ki, bu proses kifayət qədər uğurla gedir. Digər partiyalar da öz fikirlərini ATƏT PA sədrinin diqqətinə çatdırdılar. Mən hesab edirəm ki, ATƏT PA-nın sədri Azərbaycanla bağlı kifayət qədər informasiyalara malikdir. Azərbaycanın inkişafı göz qabağındadır. Məsələlərə obyektiv yanaşmaq meylini hiss etdim. Güman edirəm ki, ATƏT PA sədrinin Azərbaycanda keçirdiyi görüşlər ölkə haqqında daha əsaslı və obyektiv fikrin formalaşmasına kömək edəcək”.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11

