Sabitlik pozularsa, qazanan ermənilər olacaq
15.04.2011 [09:35]
“Radikalların icazəsiz mitinq cəhdləri etiraz aksiyasından daha çox sabitliyi pozmaq məqsədi güdür. çünki Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik indiki halda ümummilli maraqlara xidmət etdiyi halda, öz siyasi ambisiyalarını daha üstün tutan müxalifətin radikal qanadının istəklərinə, görünür, cavab vermir. Əslində sabitlik müxalifətin özünə də faydalıdır. Lakin siyasi fəaliyyəti yalnız mitinqçilikdə görən müxalifət sabitlikdə maraqlı deyil və istər-istəməz ictimai-siyasi proseslərdə gərginlik elementlərinin artırılmasına meyl göstərir. Son illər ərzində müxalifətin bu yöndə cəhdləri nəticəsiz qalıb, səbəbi isə Azərbaycan cəmiyyətinin sabitliyə və dincliyə üstün dəyər verməsindədir. İnsanlar sabitliyin faydasını görüblər və bu gün də görməkdədirlər”. Bu fikirləri yap.org.az saytına açıqlamasında Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov qeyd edib.
Əli Əhmədov bildirib ki, müxalifətin mitinq keçirməklə bağlı fəallaşması heç bir halda daxili amillərlə bağlı deyil: “Onların mitinq çağırışlarına cəmiyyətin mütləq əksəriyyətinin soyuq münasibəti və biganəliyi buna əyani sübutdur. Bir sıra ərəb ölkələrindəki məlum hadisələr radikal müxalifəti sanki kənar amillərdən faydalanmağa həvəsləndirib. Onlar özləri də yaxşı bilir ki, Azərbaycanda bəzi ölkələrdə izlədikləri hadisələrin baş verməsi üçün zəmin yoxdur, ona görə də özlərini ərəb inqilabları ilə bir sıraya qoyub, nə qədər ki, bu inqilablar dəbdən düşməyib, beynəlxalq icmanın diqqət mərkəzindədir, necə deyərlər, dəbə uyğunlaşıb, ölkədə sabitliyi pozmağa çalışırlar. Bir sıra kənar qüvvələr də, həmişə olduğu kimi, radikal müxalifətdən istifadə edir. Sabitliyin pozulmasında heç bir ölkə maraqlı deyil. Azərbaycanda isə sabitliyi pozmaq cəhdi əslində milli təhlükəsizliyə ciddi zərbə vurmaq effekti verə bilər, çünki, ölkəmiz Ermənistanla real müharibə vəziyyətindədir. Qarşımızda işğal altında olan torpaqlarımızın qaytarılması kimi ümummilli vəzifə durur. Belə olan halda, ictimai-siyasi sabitliyin pozulmasından yalnız ermənilər qazanacaqlar. Heç bir, zahirən cəlbedici şüar indiki halda sabitliyin pozulmasına yönəldilmiş hərəkətlərə haqq qazandıra bilməz. Xalqın, dövlətin və cəmiyyətin bütün səyləri, resursları və hətta, çağırışları tezliklə Azərbaycan torpaqlarının azad edilməsi kimi müqəddəs vəzifənin yerinə yetirilməsinə yönəldilməlidir”.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

