Həmsədrlər ya irəliləyişə nail olmalı, ya da geri çəkilməlidirlər
14.04.2011 [11:23]
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun müsahibəsi:
- Əli müəllim, ATƏT-in Minsk qrupunun regiona növbəti səfəri başlayır. Bu, sıradan bir səfər olacaq, yoxsa münaqişənin həlli ilə bağlı nəsə gözləmək olar?
- Hesab edirəm ki, bu səfər onların öz planları çərçivəsindədir. Səfər, həmçinin, danışıqların növbəti raundunun əsas detallarını dəqiqləşdirmək məqsədi daşıyır. Hər halda səfər plana müvafiq şəkildə reallaşır, amma Azərbaycan hakimiyyəti bu sahə ilə məşğul olan bütün qurumlar, ATƏT-in həmsədrlər institutundan narazılıq edir. Narazılıq da ondan ibarətdir ki, danışıqlar prosesi əsassız olaraq qarşı tərəfin ambisiyaları çərçivəsində getdikcə uzanır və əvvəl razılaşdırılmış məsələlər yenidən gündəmə gətirilir. Azərbaycan tərəfi olaraq tələb edirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qarşı tərəfə olan ədalətli təzyiqlər artırılsın. Yəni bu məsələnin bir çərçivə prinsipləri var və prinsiplərə müvafiq olaraq prosesləri sürətləndirməyə ehtiyac yaranıb. Ona görə də qarşı tərəfə təzyiq olmasa, bu, belə də uzanacaq. Qeyd edim ki, bu iradlar həmsədrlərə artıq bildirilib və bundan sonra da biz təzyiqləri artıracağıq. Təzyiqlər təkcə onlara deyil, bütün beynəlxalq təşkilatlara artırılacaq. çünki beynəlxalq təşkilatlar da Azərbaycanın beynəlxalq birliyin üzvü kimi hüquqlarının qorunub təmin edilməsinə BMT Nizamnaməsinə müvafiq olaraq borcludurlar.
- İctimaiyyət arasında belə fikirlər səslənir ki, əgər ATƏT-in Minsk qrupu Ermənistanla bacarmırsa, bəyanat verməli və etiraf etməlidir ki, onlar bu ölkə ilə bacara bilmirlər...
- Haqlı tələbdir. Azərbaycan ictimaiyyəti, o cümlədən millət vəkilləri, ziyalılar, ayrı-ayrı cəmiyyətin təmsilçiləri, qeyri-hökumət təşkilatları tərəfindən belə haqlı fikirlər tez-tez səsləndirilir. ümumiyyətlə, on illərdir ki, hüquqları bərpa olunmayan qaçqın və məcburi köçkünlər getdikcə bu təzyiqləri artıracaq və sərtləşdirəcəklər. ATƏT-in həmsədrlər institutu ya münaqişənin həllində bir irəliləyişə nail olmalı, ya da geri çəkilməlidir. Onlar bu məsələ ilə bağlı bəyanat verməlidir ki, bu işi bacarmırlar və Azərbaycan öz milli və beynəlxalq hüququnu necə bacarırsa, elə də bərpa etsin.
- Bu səfər çərçivəsində ATƏT-in faktaraşdırıcı missiyasının hazırladığı hesabata toxunulacaqmı?
- Həmsədrlərin səfəri çərçivəsində keçiriləcək görüşlərdə hesabata da toxunulacaq. Hesabatla bağlı Azərbaycan tərəfi artıq rəyini formalaşdırıb. Orada əks olunan məsələlərlə bağlı müvafiq qurumlar, o cümlədən Xarici İşlər Nazirliyi təhlillər aparıb və yəqin ki, bu məsələyə də yenidən qayıdılacaq.
- ümumiyyətlə, hesabatda əks olunan məlumatlarla Azərbaycanın işğal edilən ərazilərindəki mövcud vəziyyət üst-üstə düşürmü?
- Məsələ burasındadır ki, bizim əlimizdə olan məlumatlar müşahidələrimiz, bu və ya digər yollarla əldə etdiyimiz informasiyalara əsaslanır. Bu müşahidə missiyası konkret olaraq gedib yerlərdə baxış keçirir və nəticələrlə bağlı hesabatlarını tərtib edir. Əlbəttə, üst-üstə düşməyən və ya düşən məqamlar da var. Amma bizim faktaraşdırıcı missiyaya təqdim etdiyimiz informasiyalar hamısı dəqiqdir. Dağlıq Qarabağ nəzarətsiz bölgədir və heç bir dövlətin nəzarəti olmayan ərazilərdə narkotik qaçaqmalçılığı, digər qeyri-qanuni məsələlərlə bağlı müşahidələrimiz, gümanlarımız və bəzi şübhələrimiz var. Əlbəttə, bunların hamısını biz təqdim edirik, ancaq onların yüz faiz dəqiq olması imkanına malik deyilik. Faktaraşdırıcı missiyanın vəzifəsi də ondan ibarətdir ki, bizim yoxlamaq imkanımız olmayan məsələləri onlar yoxlasın, araşdırsın və müvafiq olaraq hesabatlarını hazırlasın.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53

