Bəzi dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir
13.04.2011 [13:47]
“İstər ATƏT, istər onun Bakı ofisi öz funksiyalarını yerinə yetirməlidir. Müxalifətin 2 apreldəki qanunsuz aksiyasında ATƏT-in çoxsaylı nümayəndələri də oradaydılar. O nümayəndələr niyə Azərbaycanın işğal olunmuş ərazisində deyil, nə üçün Azərbaycanın ermənilər tərəfindən qətlə yetirilmiş 9 yaşlı uşağının valideynlərinə başsağlığı vermirlər? Onların funksiyası oradadır, burada deyil”. Bu fikirləri jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
S.Novruzov qeyd edib ki, Azərbaycan insan hüquqlarını da, insan azadlıqlarını da və insanlarla davranışını da gözəl bilir. Onun sözlərinə görə, ölkəmiz öz üzərinə götürdüyü öhdəlikləri hər zaman yerinə yetirib və bu gün də yetirir. “Qalan məsələləri onlar bizim qarşımıza şərt kimi qoya bilməzlər, çünki öz simalarını bütün dünyada itiriblər. ABŞ-da oğul Buşun vaxtında prezident seçkiləri keçiriləndə- Florida ştatında səsvermənin nəticələrini izləmək üçün ATƏT-in nümayəndələrini heç ora yaxın buraxmadılar, ancaq onlar səslərini belə çıxara bilmədilər. Rusiyada son seçkilər zamanı ATƏT-i yaxın buraxmadılar, qovdular. ATƏT istəyirdi ki, ora heç olmasa 51 nəfər nümayəndə göndərsin, amma Rusiya onları ölkəsinə buraxmadı və ATƏT-in də səsi çıxmadı. Bunun əvəzində ATƏT son parlament seçkilərini izləmək üçün Azərbaycana 500-dən artıq nümayəndə göndərdi. Demək istəyirəm ki, bunların mövqeyi çürümüş, ölmüş bir mövqedir, bu qurum qeyri-hökumət təşkilatı səviyyəsinə enmiş bir təşkilatdır və onun verdiyi bəyanatların heç bir əhəmiyyəti yoxdur”-deyə, S.Novruzov bildirib.
YAP İcra katibinin müavini hesab edir ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyindən imtina edilməlidir. Bunun zamanının çatdığını deyən S.Novruzovun sözlərinə görə, həmsədrlər sadəcə bölgəyə gəlib-getməklə məşğuldurlar, münaqişənin həlli ilə bağlı isə heç bir nəticə yoxdur.
YAP İcra katibinin müavini deyib ki, nə Qərbin, nə də ATƏT-in dəyəri qalmayıb: “Hansı ki, demokratiya, insan hüquqları ilə bağlı dəyərlər var, onlar ABŞ tərəfindən tamamilə itirilib. Onların nə demokratiyadan, nə də insan hüquqlarından danışmaq haqqı var. Bir müddət öncə Əfqanıstanda keçirilən seçkiləri elə həmin ATƏT, ABŞ yüksək qiymətləndirdi və bəyan etdi ki, burada seçkilər çox demokratik olub. Axı, Əfqanıstanda demokratiya var? Orada demokratik seçkilər keçirilib? İnsanlar aullarda, hərəsi bir dərədə yaşayırlar. İndi onlar gəlib demokratiyanın göstəricisi oldular? Orada parlament üzvlərinin 90 faizinin heç orta təhsili yoxdur. Yaxud da İraqda baş verənləri götürək. Azlıqda olan xalqın nümayəndəsi gəlib prezident “seçildi”. Adını da qoydular ki, bu, demokratik seçkidir. Bu, demokratik seçki və demokratiya demək deyil, bu, oradakı xalqı qırdırmaqdan ötrü oynanılan oyunlardır. Bunu da artıq bizim cəmiyyət başa düşür. Bunu pərdələmək olmaz. İnsanlar bunu dərk edir, görür və başa düşür. Ona görə bizimlə heç bir dövlətin, təşkilatın belə bir oyun oynaması mümkün deyil. Azərbaycanda azad, ədalətli, demokratik seçkilər keçirilib və burada hər bir sahə üzrə inkişaf gedir. Bu gün onları razı salmayan Azərbaycanda olan inkişafdır, ictimai-iqtisadi sabitlikdir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15

