/ / ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycan reallıqlarının təhrif olunması məqamlarına rast gəlmək mümkündür
ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycan reallıqlarının təhrif olunması məqamlarına rast gəlmək mümkündür
12.04.2011 [10:08]
“ABŞ Dövlət Departamentinin yaydığı hesabatda Azərbaycan reallıqlarının ciddi şəkildə təhrif edilməsi məqamlarına rast gəlmək mümkündür. ümumiyyətlə, hər hansı dövlətin ayrı-ayrı ölkələrdə ictimai-siyasi vəziyyətlə əlaqədar hesabat hazırlamasına nə qədər mənəvi-əxlaqi cəhətdən haqqı olub-olmaması məsələsinə də aydınlıq gətirmək lazımdır”. Bu fikirləri jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov deyib.
Əli Əhmədov bildirib ki, istənilən ölkədə bu və ya digər nöqsanları tapmaq olar. Onun sözlərinə görə, ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycan reallıqlarının ciddi şəkildə təhrif olunması məqamlarına rast gəlmək mümkündür.
“Azərbaycan sürətlə inkişaf edir, iqtisadiyyat yüksəlir, insanların rifahı yaxşılaşır. Azərbaycan insan haqlarının qorunması istiqamətində öz üzərinə götürdüyü öhdəlikləri ardıcıl surətdə yerinə yetirir. Bir il bundan əvvəl keçirilən parlament seçkilərində də Azərbaycan vətəndaşları öz iradəsini ortaya qoydu və istədikləri namizədə səs verərək onlara deputat mandatı verdilər. Bütün bunların hamısı Azərbaycanın reallıqları və gerçəklikləridir. Hesab edirəm ki, hər hansı dövlətin Azərbaycandakı reallıqları və gerçəklikləri təhrif edərək hesabat hazırlanmasına haqq qazandırmaq mümkün deyil. Burada qərəz də, qeyri-obyektivlik də aydın şəkildə görünməkdədir.
Bilirsiniz ki, bir sıra hallarda dünyada baş verən nəinki narazılıqlarda, qarşıdurmalarda, insanların tələf olmasında da ayrı-ayrı dövlətlərin bu cür qeyri-obyektiv hazırlanmış hesabatları çox ciddi rol oynayır. Vaxtilə hansısa dövlətdə kütləvi qırğın silahı axtarırdılar, bunun üçün ölkəni dağıtdılar, minlərlə insan həlak oldu, amma kütləvi qırğın silahı tapılmadı. İndi də hansısa dövlət başçısını devirməkdən ötrü başqa bir ölkəni dağıdırlar, yenə də xeyli sayda insan öldürülür. Mənə elə gəlir ki, dünya birliyi bütün bu suallara, bu hadisələrin səbəbkarlarının kimlər olması barədə suallara cavablar axtarmağa çalışmalıdır. ölkələrdə baş verən daxili proseslər onların daxili işidir. Hər bir ölkənin hökuməti və hakimiyyəti öz xalqı qarşısında hesabat verir və eynilə də daxili siyasətlə bağlı olan bütün məsələlər hökumətlə xalq arasındakı münasibətlərdə həllini tapmalıdır”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28

