Qanunsuz tikililərin qeydiyyata alınmasına başlanıb
08.04.2011 [10:36]
ölkə başçısı 2011-ci il 9 mart tarixində Bakı Şəhər İcra Hakimiyyətindəki nitqində əhalinin sosial problemləri ilə yanaşı, qeydiyyatsız evlərin sənədləşdirilməsi və mülkiyyətə verilməsi ilə bağlı məsələlərə də toxunub. Hətta, qeydiyyataalma zamanı əsassız tələblərin və maraqların ola biləcəyini nəzərə alaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısına məsələnin həlli üçün şəffaf mexanizmin işlənilməsinə dair göstəriş verib. Yarana biləcək korrupsiya və rüşvətxorluq faktlarının aradan qaldırılması və qanunsuz tikililərin qeydiyyata alınması kimi xoşniyyətli bir təşəbbüsün yeni problemlərə gətirib çıxarmaması üçün məsələnin qanun çərçivəsində tənzimlənməli olduğunu söyləyən Prezident İlham Əliyevin göstərişini əhali sevinclə qarşılayıb. Əsasən ölkənin paytaxt ərazisində və digər iri şəhərlərdə inşa edilən qanunsuz tikililərin qeydiyyata alınması əhali tərəfindən dövlət başçısının növbəti humanist addımı kimi qiymətləndirilir.
Qanunsuz tikililər hansılardır?
Mütəxəssislər söyləyirlər ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququ yalnız həmin əmlak dövlət qeydiyyatına alındığı andan tanınır. Və dövlət qeydiyyatından sonra həmin əmlakın müdafiəsinə təminat verilir. Əgər torpaq sahəsi alınarkən və ya onun üzərində tikili tikilərkən qanunun tələbləri nəzərə alınmayıbsa, səlahiyyətli orqanın icazəsi, layihə sənədləri olmadan tikinti aparılıbsa, bu, artıq özbaşına tikinti hesab olunur. Hətta, torpağın sənədləri olsa belə üzərində aparılan tikili üçün rəsmi şəkildə icazə alınmayıbsa, yenə də qanunsuz tikili hesab olunur.
Bu halda yalnız məhkəmə vasitəsilə tikilinin qeydiyyata alınmasına icazə verilir. Amma bu zaman da ərazi qanunda nəzərdə tutulmuş tələblərə cavab verməlidir. Məsələn, qaz kəmərinin üzərində, elektrik xəttinin altında, dəmiryol xəttinə bitişik, mədənlərdə tikilən evlərə sənəd verilməsi mümkün deyil. Vətəndaşın tikili apardığı torpaq rəsmi şəkildə alınmayıbsa, bu zaman onun üzərində olan tikilinin məhkəmə vasitəsilə qeydə alınmasına yol verilmir.
Tələblərə cavab verməməsi evin sökülməsi demək deyil
Bir neçə il öncə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mətbuata verilən məlumatda təkcə Bakı şəhərində 500 minə yaxın özbaşına tikililərin mövcud olduğu bildirilirdi. O da qeyd olunurdu ki, özbaşına tikililərin əksəriyyəti mövcud sanitar, texniki-yanğından mühafizə normalarına cavab vermir.
Məsələ ilə əlaqədar olaraq paytaxt sakinləri ilə görüşdük. Dövlət başçısı İlham Əliyevin qanunsuz tikililərlə bağlı göstərişinin paytaxt sakinləri tərəfindən sevinclə qarşılandığını yazının əvvəlində qeyd etmişik. Söhbət etdiyimiz sakinlər uzun illərdir ki, çox böyük narahatlıqlar içərisində yaşayıblar. Onların arasında, hətta, 80-ci illərdə ev inşa edən lakin mülkiyyət hüququ ala bilməyənlər belə var. Prezidentin tapşırığından sonra qəsəbə sakinlərinin əksəriyyəti yerli bələdiyyə orqanlarına və icra nümayəndəliyinə baş çəkiblər. Tələblərinə müsbət cavab alan sakinlər inşa etdikləri evlərə aid bütün sənədləri həmin qurumlara təqdim ediblər. Zabrat qəsəbə icra nümayəndəsi Vüqar Əsədov söhbət zamanı bildirib ki, artıq ərazidə olan 5000-dən çox evin sahibi onlara müraciət edib və müvafiq sənədlərə imza atıblar. Amma V.Əsədovun sözlərinə görə hələ ərazidə mövcud olan 3000-ə yaxın ev də siyahıya əlavə olunacaq. Lazımi sənədlərin, ev sahiblərinin ərizələrinin qəbulu başa çatdıqdan sonra toplanmış materiallar Bakı Şəhər İcra Hakimiyyətinə təqdim ediləcək. İcra nümayəndəsi onu da bildirib ki, kənd bələdiyyəsinə müraciət edənlər də var. Prezidentin tapşırığından irəli gələn məsuliyyətdən dolayı onlar bu işi ən qısa zamanda başa çatdırmaq üçün bütün qüvvələrini səfərbər ediblər. üstəlik, qeydiyyatsız olduğundan sökülmək təhlükəsi ilə üz-üzə qalan evlərin sahibləri özləri də bu işdə çox böyük fəallıq göstərirlər. İcra nümayəndəsi heç bir sənədi olmayan-məhkəmə qətnaməsi və ya yerli bələdiyyə tərəfindən verilmiş sənədləri belə olmayan evləri də qeydiyyata aldıqlarını bildirib: “Ailə üzvləri notariusdan təsdiq olunmuş ərizə ilə bizə müraciət edirlər ki, evin onlara müraciət edən şəxsin adına sənədləşdirilməsinə etiraz etmirlər”.
Bir sözlə, ölkə başçısı İlham Əliyevin humanist addımı, paytaxt sakinlərinin fəallığı və yerli orqanların öz işinə məsuliyyətlə və təmiz vicdanla yanaşması zəmin yaradır ki, vətəndaşların mülkiyyət hüquq ilə bağlı problemləri aradan qaldırılsın.
KƏBUTƏR
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

