Gənclər Qubadakı soyqırımı qurbanlarının xatirəsini yad edib
30.03.2011 [10:01]
Erməni daşnaklarının Azərbaycan xalqına qarşı 1918-ci ildə gerçəkləşdirdiyi soyqırımının qurbanları hər il ölkə ictimaiyyəti tərəfindən yad edilir. Eyni zamanda, insanlıq əleyhinə yönələn bu qanlı faciənin beynəlxalq miqyasda tanıdılması məqsədilə görülən işlərin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin (GB) fəallarının xalqımıza qarşı ermənilərin törətdiyi vəhşiliklərin qanlı izlərindən biri olan Quba məzarlığına baş çəkməsi də bu baxımdan əhəmiyyət daşıyır.
Gənclərə məzarlıqla bağlı ətraflı məlumat verən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Qəhrəman Ağayev Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaxın zamanlarda ərazidə muzeyin inşa olunacağını bildirib. Q.Ağayev onu da deyib ki, dörd il bundan əvvəl aşkarlanan kütləvi məzarlıqda 1918-ci ildə Hamazaspın başçılıq etdiyi erməni quldur dəstələri tərəfindən qətlə yetirilən 400-dən artıq dinc sakinin sümükləri aşkarlanıb. Erməni vəhşiliyinin danılmaz maddi sübutu olan və məlumatlara əsasən yerli sakinlərin özlərinə qazdırılan 2 böyük quyuda bir-birinin üzərinə yığılan cəsədlərin 100-dən çoxu qadın, 50-dən artığı uşaq, qalanları isə əsasən yaşlı kişilərə məxsusdur. Kəllə sümükləri üzərindəki balta və küt alətlərlə endirilən zərbə izləri, tapılan mismarlar, bir sıra hallarda üst çənədəki ön dişlərin çıxarılmış vəziyyətdə olması və sümüklər üzərindəki digər bir çox işgəncə əlamətləri soyqırımı qurbanlarının başına gətirilən zülm və vəhşiliklərin mənzərəsini insan təsəvvüründə canlandırır. Bir sözlə, üzərindən 93 il keçməsinə baxmayaraq, Quba məzarlığı 1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımı dəhşətlərini əyani surətdə əks etdirir. Yəni, respublikamızın başqa regionlarında olduğu kimi, Quba ərazisində ermənilər tərəfindən törədilən soyqırımı da Azərbaycan xalqının ümumi faciəsidir. çünki 1918-ci ildə Azərbaycan türklərilə yanaşı, ərazidə yaşayan ləzgi, avar, tat, yəhudi və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək məzarlıqda kütləvi şəkildə basdırılıblar.
Daha sonra YAP GB-nin fəallarının iştirakı ilə Quba Olimpiya Kompleksində 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan YAP GB-nin sədri Seymur Orucov 93 il bundan əvvəl - 1918-ci il martın sonunda erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlar və onun acı nəticələri barədə danışıb. O, Bakıda, Şamaxıda, Qubada, Lənkəranda və digər bölgələrdə törədilən bu qətliamlar zamanı on minlərlə həmvətənimizin qəddarcasına öldürüldüyünü, xalqımızın qiymətli maddi-mədəniyyət abidələrinin məhv edildiyini bildirib.
YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev ermənilərin azərbaycanlılara qarşı zaman-zaman həyata keçirdikləri soyqırımı siyasəti və bunun acı nəticələrindən bəhs edərək bildirib ki, ermənilərin azərbaycanlılara qarşı soyqırımı törətməsinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün Quba məzarlığında həm tarixi, həm əyani vəhşiliyi sübut edən faktları görmək mümkündür.
Daha sonra YAP GB-nin sədr müavini Aygün Əliyeva, YAP Quba rayon GB-in sədri Rəşidə Məhərrəmova, eləcə də, YAP GB-nin gənc fəalları-Anar Cəfərov, Vüsalə Niftəliyeva, Lamiyə Cəlilova, Sadiq Hacıyev və başqaları çıxış edərək soyqırımı həqiqətlərinin bütün dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıblar. Qeyd olunub ki, Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra soyqırımı barədə həqiqətlərin beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü iş aparılıb, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla erməni millətçilərinin hərəkətlərinə hüquqi-siyasi qiymət verilib. O da vurğulanıb ki, Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması uğrunda informasiya mübarizəsində hücum taktikası daha əzmlə davam etdirilməli, ermənilərin əsl simasının bütün xalqlara tanıdılması, bu soyqırımı hadisələrinə beynəlxalq ictimaiyyət tərəfindən hüquqi-siyasi qiymət verilməsi üçün ardıcıl iş aparılmalıdır.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48

