Azərbaycan dövləti gənc nəslə daim qayğı ilə yanaşır
18.03.2011 [09:11]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti qarşıdan gələn Novruz bayramı ilə əlaqədar Mərdəkan qəsəbəsində yerləşən 2 saylı Yetim və Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlar üçün İnternat Məktəbini ziyarət edib.
Məktəbin şagirdlərini Novruz bayramı münasibətilə təbrik edən YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov Azərbaycan dövlətinin hər zaman uşaqlara, gənc nəslə diqqət və qayğı göstərdiyini bildirib. YAP Sədrinin müavini qeyd edib ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu siyasəti hazırda Prezident İlham Əliyev uğurla davam etdirir. “Bu siyasətin məqsədi odur ki, uşaqlar sağlam, qayğısız böyüsünlər, yüksək təhsil alaraq dövlətimizə layiqli vətəndaşlar kimi yetişsinlər. Son illər ölkəmizin bütün bölgələrində yeni məktəblər tikilib istifadəyə verilir. Həmin təhsil müəssisələri müasir tələblərə cavab verir, bütün lazımi maddi-texniki avadanlıqlarla təchiz olunurlar. Təbii ki, belə bir şəraitdə şagirdlər yaxşı təhsil alırlar, müəllimlər onların təlim-tərbiyəsi ilə ciddi məşğul olurlar. Azərbaycan hökuməti indiyə qədər olduğu kimi bundan sonra da, bu istiqamətdə tədbirlərini davam etdirəcək”, - deyən Əli Əhmədov YAP-ın da mütəmadi olaraq bu təbəqəyə aid insanlarla bağlı tədbirlər həyata keçirdiyini xatırladıb. Onun sözlərinə görə, ölkəmizdə həyata keçirilən siyasətin məqsədi, Azərbaycanı daha qüdrətli və zəngin dövlətə çevirməkdir. “Təbii ki, gələcək Azərbaycanın sahibləri yetişən nəsildir. Bütün bu işlər sizlərin daha yaxşı və firəvan yaşaması üçün edilir. Bu istiqamətdə hökumətimiz səylərini heç zaman əsirgəməyib və bundan sonra da əsirgəməyəcək”, - deyə Əli Əhmədov vurğulayıb.
İnternat məktəbinin direktoru Kamran Hacıyev isə bildirib ki, məktəbdə 238 şagird təhsil alır: “Burada təhsil 9 illikdir, şagirdlər 9-cu sinfi başa vurduqdan sonra təhsillərini davam etdirmək üçün 8 və 18 saylı liseylərə göndərilirlər”.
Məktəbin Heydər Əliyev Fondunun himayəsində olduğunu deyən direktor təhsil müəssisəsində yüksək şəraitin yaradıldığını qeyd edib. O göstərilən bu diqqətə görə, Yeni Azərbaycan Partiyasının rəhbərliyinə təşəkkür edib.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə deyib ki, dövlətimiz hər zaman əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində addımlar atır. Onun sözlərinə görə, bu sırada kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşaqlar da daim diqqət mərkəzindədir. Komitə sədri bu təbəqənin hüquqlarının müvafiq qanunlarla təmin edildiyini də bildirib.
Daha sonra məktəbin şagirdlərinə bayram sovqatı təqdim olunub. YAP nümayəndə heyəti eyni zamanda, şagirdlərin təhsilləri ilə maraqlanıb, internat məktəbinin şəraiti ilə yaxından tanış olublar. Məktəbin kollektivinin üzvləri, şagirdlər də öz növbəsində göstərilən qayğıya görə minnətdarlıq ediblər.
Qeyd edək ki, tədbirdə, həmçinin, YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, YAP İdarə heyətinin üzvü Kərim Kərimov, parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, millət vəkili Rauf Əliyev və YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov iştirak ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23

