/ / BSU-nun jurnalistika fakültəsində təhsil alan istedadlı tələbələrə qəzet redaksiyalarında təcrübə keçmək və işlə təmin olunmaq üçün şərait yaradılacaq
BSU-nun jurnalistika fakültəsində təhsil alan istedadlı tələbələrə qəzet redaksiyalarında təcrübə keçmək və işlə təmin olunmaq üçün şərait yaradılacaq
11.03.2011 [00:40]
Fondun həyata keçirdiyi layihənin gənclərin gələcəyinə dövlət qayğısının təzahürü olduğunu qeyd edən K.Abdullayev görüşün tələbələr üçün faydalı olacağına əminliyini ifadə edib. Layihə haqqında ətraflı məlumat verən Fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, universitetin rəhbərliyi tərəfindən seçilən tələbələr beş ay ərzində qəzet redaksiyalarında müqavilə əsasında aparıcı təcrübə keçəcəklər. Bu müddətdə özünü doğruldan tələbələr gələcəkdə redaksiyada işlə təmin olunacaqlar.
Bu yaxınlarda Bakı Dövlət Universitetində (BDU) də bu cür görüşün keçirildiyini diqqətə çatdıran V.Səfərli hazırda BDU-nun jurnalistika fakültəsinin 22 tələbəsinin qəzet redaksiyalarında işə başladıqlarını vurğulayıb.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Mətbuat Şurasının sədri Əflatun Amaşov və başqaları Fondun reallaşdırdığı layihəni yüksək qiymətləndirib, görüşün uğurlu nəticəsinə əminliklərini ifadə edib, eləcə də, gələcək jurnalistlərə məsləhət və tövsiyələrini veriblər.
Tələbənin sualını cavablandıran “Səs” qəzetinin baş redaktoru və “Səs” İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev Bakı Slavyan Universitetində tələbələrin fəal olduğunu deyib. O bildirib ki, bir neçə il ərzində bu universitetdən redaksiyaya təcrübə keçmək üçün gələnlər və işləyənlər də var. Dövlətin mətbuata qayğısından danışan Bəhruz Quliyev vurğulayıb ki, bu diqqət ildən-ilə daha da artır.
Daha sonra “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxış edərək deyib ki, vətəndaş cəmiyyətinin əsas atributlarından biri vətəndaş-dövlət münasibətlərinin hüquq əsasında formalaşmasıdır: “Hər birimizin sosial statusu gün ərzində dəyişilir. Siz bu gün burada tələbə, burdan çıxdıqda metroda sərnişin, evə gedəndən sonra isə ailənizin üzvü olacaqsınız və s. Hüquqi dövlətdə bütün vətəndaşlar bərabər statusa malikdir. Ancaq bir də peşə məsələsi var. Azərbaycanda jurnalist peşəsinin statusu cəmiyyətin sosial piramidasında kifayət qədər üst mərtəbələrdədir. Son dövrlərdə Azərbaycan dövlətinin, Prezidentinin həyata keçirdiyi siyasət nəticəsində bu statusun peşə nüfuzu daha da artıb. Bu gün informasiya erasında hər bir jurnalist bütün məsələlərdə məhz, vətəndaşlıq mövqeyindən və milli maraqlardan çıxış etməlidir. Ona görə də, hansı peşənin sahibi olmaqdan asılı olmayaraq, ilk növbədə vətəndaş olmaq lazımdır”.
Görüşdə BSU-nun jurnalistika fakültəsinin tələbələrinin fəaliyyəti, xarici jurnalistlərlə birgə proqramları haqqında məlumat verilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45

