/ / Son dərəcə ağıl və nəzakət nümayiş etdirən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva öz çıxışı ilə biz fransızları heyran qoyub
Son dərəcə ağıl və nəzakət nümayiş etdirən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva öz çıxışı ilə biz fransızları heyran qoyub
05.03.2011 [21:47]
Yazının əvvəlində qeyd olunur ki, Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü ilə əlaqədar Parisin möhtəşəm Gavo zalında keçirilən mərasimdə birinci xanım Mehriban Əliyeva iştirakçılara öz gözəl ölkəsinə sehirli mədəni səyahət bəxş edib: “Bir ölkəni, onun mədəniyyətini kəşf etmək həmişə insanda yaxşı ovqat yaradır. Fevralın 17-də döşəmədən tavana qədər bəzədilmiş Gavo zalı əsl sarayı xatırladırdı. Son dərəcə ağıl və nəzakət nümayiş etdirən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva öz çıxışı ilə biz fransızları heyran qoydu. O, qonaqlara Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20 illiyi barədə iftixar hissi ilə geniş məlumat verdi. Mərasim iştirakçıları Azərbaycanı xəyalən də olsa kəşf etdilər”.
Yazıda mərasimin bədii hissəsi barədə də ətraflı söhbət açılıb. Xalq artisti Teymur Göyçayevin dirijorluq məharətindən, onun rəhbərliyi altında Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin ifasında üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürasının səsləndirilməsi ilə konsertin başlandığı bildirilən məqalədə Şirzad Fətəliyevin balabanda orkestri məharətlə müşayiət etməsinin bütün zalı vəcdə gətirdiyindən söhbət açılıb.
Musiqi proqramları ilə eyni vaxtda nümayiş etdirilən sənədli filmin Azərbaycanın ecazkar və əsrarəngiz təbiəti, qədim tarixi, zəngin mədəniyyəti və musiqisi, başıqarlı dağları ilə fransızlarda müəyyən təsəvvür oyatmasından bəhs edilən yazıda qeyd olunub ki, gənc solist Mirpaşa Şükürovun ifasında mahnının, gənc skripkaçı Elvin Qəniyevin ifasında Vivaldinin “Dörd fəsl”inin səslənməsi, Dinarə Əliyevanın əvvəlcə Azərbaycan musiqisini, sonra isə fransız bəstəkarı Fransis Puləngin “Məhəbbət yolları” əsərini ifa etməsi tamaşaçılarda xoş ovqat yaradıb: “İfaçıların dəfələrlə səhnəyə dəvət edilmələri fransızların və qonaqların Azərbaycan musiqisinə valeh olmalarından xəbər verirdi. Konsert çevik və sürətli rəqslə başa çatıb”.
Yazıda mərasimin göz oxşadığı, yaddaqalan sehirli bir gecə təsiri bağışladığı diqqətə çatdırılıb: “Fransızlar bir maraqlı ölkə və onun mədəniyyəti ilə tanışlıqdan aldıqları xoş duyğularla evlərinə qayıtmışlar”.
Məqalədə deyilir ki, mərasim yalnız bunlardan ibarət olmayıb: “Tədbir iştirakçılarını daha bir möcüzə - Azərbaycan mətbəxi ilə tanışlıq gözləyirdi. Aşpazların balıqlardan hazırladıqları dadlı yeməklər, tədbir iştirakçılarının indiyə qədər duymadıqları və iyi ətrafı bürümüş kabablar, bol tərəvəz məhsulları, ətri ilə insanı özünə cəlb edən meyvələr və digər nemətlər Azərbaycan mətbəxinin zənginliyindən, məhsul bolluğundan xəbər verməklə yanaşı, hamını əməlli-başlı heyrətə salmışdır”.
Yazının sonunda qeyd olunub ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu təşkil olunmuş belə maraqlı gecə ilə iftixar hissi keçirə bilər. Fransızlar və digər qonaqlar düşüncələrində tezliklə bu ecazkar ölkəyə səfər etmək, onun mədəniyyəti ilə yaxından tanışlıq fikri ilə sehirli gecəni - yaddaşlarda əbədi iz salan gecəni tərk ediblər.
Xəbər lenti
Hamısına baxMaraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28

